Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:27

Kadyrov deyir ki, ‘ABŞ Çeçenistandan qorxur...’


Ramzan Kadyrov özünün təhlükəsizlik zabitləri ilə bu ilin fevralında Qudermes yaxınlığında təlim keçib
Ramzan Kadyrov özünün təhlükəsizlik zabitləri ilə bu ilin fevralında Qudermes yaxınlığında təlim keçib

ABŞ Maliyyə Nazirliyi Çeçenistan başçısı Ramzan Kadyrov-un yaxın əhatəsinə daxil rusiyalılara, habelə Rusiyada insan haqlarının pozulması ilə əlaqələndirilən şəxslərə sanksiyalar elan edib.

Sanksiyalar ABŞ-ın Magnitsky qanununa uyğun olaraq qoyulub.

Ümumilikdə Maliyyə Nazirliyinin yenilənmiş siyahısına 5 nəfər daxil edilib. Bunlar Ruslan Geremeyev, Abuydaz Vismuradov, Gennady Karlov, Sergey Kossiyev və Yelena Trikulyadır.

Bundan başqa xüsusi çevik hərəkət qüvvəsi “Terek” qrupuna qarşı sanksiyalar irəli sürülüb.

Vismuradov Kadyrov-un mühafizəsinə və “Terek” qrupuna başçılıq edir.

Geremeyev əvvəllər “Terek” qrupunun və “Sever” batalyonunun komandiri olub. Media xəbərlərinə görə onu 2015-ci ilin fevralında müxalifət siyasətçisi Boris Nemtsovun qətlinin təşkilində iştirakda şübhəli bilirlər.

Kossiyev Kareliyadakı 7 nömrəli islah-əmək koloniyasının keçmiş rəisidir.

Onun adı, siyasi fəal İldar Dadin həbsxanada olarkən döyüldüyünü bəyan edəndən sonra “məşhurlaşıb”.

Kossiyev məhbuslara işgəncə verilməsi üzrə ittiham olunanlardan biridir. Bu məhkəmə prosesi 2018-ci ilin sonundan başlanıb.

Karlov Rusiya İstintaq Komitəsinin əməkdaşıdır. Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitsky-nin şikayətinə o baxırdı.

Trikulya Magnitsky-nin ölümü ilə əlaqəsi olanlara qarşı cinayət işlərinin qaldırılmasından imtina edib.

ABŞ Maliyyə Nazirliyinin qərarını Telegram kanalında şərh edən Kadyrov yazır ki, “Terek” terrorizmlə mübarizədə ən yaxşı bölmələrdən biridir.

Kadyrov daha sonra bildirir ki, “əgər ABŞ yüksək səviyyədə “Terek” qrupunu və onun komandiri Vismuradovu müzakirə edirsə, deməli Vaşinqton Çeçenistandan qorxur”.

Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitsky Rusiya büdcəsindən külli məbləğdə pulların oğurlanması sxeminə dair araşdrıma aparırıdı. Daha sonra onun özünü korrupsiyada iittiham etdilər. O həbs olundu və 2009-cu ildə Moskva təcridxanasında dünyasını dəyişdi.

Magnitsky qanunu ABŞ-da 2012-ci ildə qəbul edilib. Qanun Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitsky-nin ölümü ilə əlaqəli olan şəxsləri müəyyən edilməsini, onlara, habelə bir sıra Rusiya rəsmilərinə qarşı sanksiyaların – onların ABŞ-dakı mülkiyyətinin həbsini, özlərinin isə ABŞ-a səfərlərinə qadağan qoyulmasını nəzərədə tuturdu.

Hazırda isə Magnitsky qanununa uyğun olaraq dünya boyunca insan haqlarını pozanlara qarşı sanksiyalar elan edilir.

Kanada və Baltika ölkələri də özlərinin Magnitsky qanunlarını qəbul ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG