Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:40

ABŞ Ramzan Kadırova sanksiyalar elan edir- YENİLƏNİB


Çeçenistan lideri Ramzan Kadyrov və digərlərinə ABŞ-ın qoyduğu sanksiyalar “qanunsuzdur” və “dost hərəkəti deyil”, Moskva buna oxşar şəkildə cavab verəcək. Bunu Kremlin sözçüsü Dmitry Peskov deyib.

“Bu sanksiyalarla razı deyilik”, – deyən Peskov Moskvanın “çox güman ki” cavabında “qarşılıq vermək prinsipi”ndən istifadə edəcəyini bildirib. Görünür, Rusiya da Birləşmiş Ştatları, yaxud vətəndaşlarını insan haqları pozuntusunda ittiham edəcək və onların ölkəyə girişini yasaqlayacaq.

***

ABŞ-ın Maliyyə Nazirliyi Magnitsky insan haqları qanununa uyğun olaraq Çeçenistan liderinə maliyyə sanksiyaları elan edib.

Bu sanksiyalar barədə qərarda deyilir ki, Ramzan Kadırov “antigey represiyyalarında”, habelə Çeçenistandakı gey və biseksualların hədəflənməsində ittiham olunur.

Beləliklə, dekabrın 20-də Ramzan Kadırovun adı insan haqları pozuntularında günahlandırılanbir çox nüfuzlu Rusiya siyasətçilərinin daxil olduğu “qara siyahıya” əlavə olunub.

2012-ci il tarixli Magnitsky qanunun qəbulu Kremli qəzəbləndirmiş və prezident Putin cavab olaraq rusiyalı uşaqların amerikalı valideynlər tərəfindən övladlığa götürülməsini qadağan etmişdi.

Dekabrın 20-də sanksiyalar siyahısına daha dörd rusiyalının adları əlavə olunub. Bunlar Ayub Katayev, Yulia Mayorova, Andrey Pavlov və Aleksey Şeşenyadır.

Beləliklə, barələrində müxtəlif maliyyə və səfər qadağanları olan rusiyalıların siyahısında indi 49 nəfərin adı var.

Siyahının məxfi hissəsində bir sıra başqa rusiyalıların da olduğu xəbər verilib.

Kadırov və Katayev Çeçenistanda “beynəlxalq miqyasda tanınmış insan hüquqlarının kütləvi pozulmasına” görə hədəfləniblər. Maliyyə Nazirliyinin siyahısında Katayevin Çeçenistan hüquq-mühafizə orqanlarının zabiti olduğu bildirilir.

Nazirliyin Sanksiyalar İdarəsinin direktoru John Smit bəyan edib ki, ABŞ Rusiyada qanunsuz qətllərdə, işgəncə və başqa dəhşətli əməllərdə əli olanların Magnitsky qanunu ilə hədəflənməsini davam etdirəcək.

Çeçenistan lideri ona qarşı sanksiyalar barədə hələlik heç bir açıqlama verməyib.

Bu ilin əvvəllərində Rusiyada çıxan Novaya gazeta Çeçenistanda onlarca gey və biseksualın saxlandığı, onlara işgəncə verildiyi və alçaldıldığı barədə məqalə dərc etmişdi.

Bu məqalədəki xəbərlər sonradan qismən AzadlıqRadiosu və Human Rights Watch insan haqları təşkilatlarının araşdırması ilə də təsdiqini tapmışdı.

Bu araşdırmaların nəticələrində deyilirdi ki, “antigey repressiyaları” aprelin əvvəllərində Çeçenistan rəsmilərinin göstərişi və iştirakı ilə həyata keçirilib.

Kadırov və Kreml bu ittihamları rədd edirdilər.

Kadırovun yenicə daxil edildiyi siyahıda hələlik ən vəzifəli rusiyalı İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkindir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG