Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:25

Kadırov daha Putinin öz şurasından da çəkinmir?


Vladimir Putin (solda) və Ramzan Kadyrov
Vladimir Putin (solda) və Ramzan Kadyrov

Rusiya federal hakiminin arvadı Nijni Novqoroddakı evindən Çeçenistan polisi tərəfindən “oğurlanıb"

Təqaüddə olan federal hakim Saidi Yanqulbayev və onun qızı Rusiyadan qaçmalı olublar.

Buna səbəb hakimin arvadının onların Nijni Novqoroddakı evlərindən Çeçenistan polisi tərəfindən “oğurlanması” olub.

Rusiyanın Volqa regionunda yerləşən bu şəhər Çeçenistandan 1800 kilometr aralıdır.

Hakimin oğlu, İşgəncələr Əleyhinə Komitənin vəkili Abubakar Yanqulbayev yanvarın 24-də Current Time satına bildirib ki, atası və bacısı Çeçenistanın başçısı Ramzan Kadırovun hədələrindən qorxduqları üçün Rusiyadan qaçmalı olublar.

Ramzan Kadırov Yanqulbayevlər ailəsini “məhv” edəcəyi barədə xəbərdarlıq etmişdi.

52 yaşlı Zarema Yanqulbayeva (Musayeva) özlərini Çeçenistan polisi kimi təqdim edən maskalılar tərəfindən yanvarın 20-də mənzilindən aparılıb.

Ramzan Kadırov yanvarın 21-də deyib ki, Yanqulbayeva polis zabitinə hücum etdiyinə görə onu “real həbsxana cəzası” gözləyir.

Kadırov bunu da deyib ki, onun hökuməti Yanqulbayevin oğlu ilə də “haqq-hesab” çəkəcək.

Kadırov başqa bir bəyanatında Yanqulbayev ailəsini, Rusiya prezidenti Vladimir Putinin yanında İnsan Haqları Şurasının üzvü, İşgəncələr Əleyhinə Komitənin sədri İqor Kalyapini və “Novaya qazeta” qəzetinin Çeçenistan barəsində məqalələr yazan müxbiri Yelena Milaşinanı “terrorçu” adlandırıb.

Kreml inanmaq istəmir

Amnesty International beynəlxalq insan haqları təşkilatı Yanqulbayevanın saxlanmasını “adam oğurluğu” adlandırıb, Rusiyanın mərkəzi hökumətini bu “qanunsuzluq” barədə ölçü götürməyə çağırıb.

Təşkilat bildirib ki, Çeçenistanın “qanunsuzluqları” artıq bu bölgənin sərhədlərindən kənara çıxır.

Abubakar Yanqulbayev AzadlıqRadiosuna deyib ki, anasının vəkili onunla görüşə bilməyib.

O deyib ki, Çeçenistan polisi böyük bir ehtimalla evindən aparılarkən anasının göstərdiyi müqaviməti “polisə hücum” kimi protokollaşdırıb.

Hazırda xaricdə olan Yanqulbayev əlavə edib ki, onların 15 qohumunun Çeçenistanda yaşadığı iki ev hazırda boşdur.

Yanqulbayev ehtimal edir ki, onun bütün qohumları həbs olunub.

O bildirib ki, onda olan məlumata görə üç dayısı Çeçenistanın Urus-Martan şəhərindəki polis təcridxanasındadır.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov yanvarın 21-də deyib ki, Kreml Zarema Yanqulbayeva ilə bağlı situasiyadan xəbərsizdir.

Sözçü vurğulayıb ki, Zarema Yanqulbayeva Rusiya federal hakiminin həyat yoldaşıdır:

"Kreml federal hakimin arvadının Nijni Novqoroddakı mənzilindən oğurlanmasının təfərrüatlarını bilmir və buna inanmaq istəmir”.

Kadırovun təhlükəli bəyanatları

Moskva Jurnalistlər İttifaqının sədri və “Moskovski komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev Interfax agentliyinə deyib ki, Rusiyanın hakimiyyət orqanları Çeçenistanın başçısı Ramzan Kadırovun Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü İqor Kalyapini və “Novaya qazeta” qəzetinin jurnalisti Yelena Milaşinanı “terrorçu” adlandırması və onların həbsini tələb etməsinə reaksiya verməlidir.

Qusev hesab edir ki, Çeçenistan başçısının belə bəyanatları Kalyapin və Milaşinanın həyatını təhlükə qarşısında qoyur:

“Bu çox təhlükəli bəyanatlardır. Xüsusən də özünü tam cəzasız hesab edən, heç kim tərəfindən dayandırılmayan belə bir adamdan və belə bir region başçısından”.

Qusev federal hakimiyyətin susqunluğunu “həddini aşan situasiyadan qorxu və qarışmaq istəməmək” kimi qiymətləndirir.

Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvləri
Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvləri

Yanvarın 23-də axşam Çeçenistan başçısı özünün Telegram-kanalında “terrorçularla əlbir olanların” saxlanmasına çağıran post dərc edib.

“Terrorçuların dəstəkçiləri” deyərkən Kadırov Rusiya prezidenti Vladimir Putinin yanında İnsan Haqları Şurasının üzvü və “İşgəncələrə qarşı komitə”nin başçısı İqor Kalyapini və “Novaya qazeta”nın müxbiri Yelena Milaşinanı nəzərdə tutduğunu bildirir.

Onun sözlərinə görə bu adamlar “çeçenləri qızışdırmaqla və onları öyrətməklə” pul qazanırlar:

"Əgər Rusiyada qanun və hüquq-mühafizə orqanları varsa, onlara müraciıət edirəm: bu terror dəstəkçilərini tutun. Bunun üçün müstəqil kanallardakı jurnalist təhqiqatı materiallarında sübut bazası var”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG