Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:44

Memorialın Çeçenistan filialının 'itmiş' rəhbərini polis saxlayıbmış


Oyub Titiyev
Oyub Titiyev

Rusiyanın məşhur Memorial insan haqları qrupu Çeçenistan filialının rəhbəri narkotik ittihamı ilə polis tərəfindən saxlanıb. Bu barədə məlumatı Çeçenistan rəsmiləri veriblər.

Memorial təşkilatından bildiriblər ki, Oyub Titiyevə qarşı irəli sürülmüş ittiham absurddur. Təşkilat fiqurlarından birinin sözlərinə görə, “onu Napaleonu öldürməkdə ittiham etmək daha ağlabatan görünərdi”.

Memorialın fəalları bundan əvvəl bildirirdilər ki, Rusiyanın ən tanınmış insan haqları qruplarından biri – Memorialın Çeçenistan filialının rəhbəri saxlanıb.

Memorial yanvarın 9-da səhər Çeçenistanın Kurçaloy rayonunda bir tanışı ilə görüşdən sonra harada olduğu bilinməyən Oyub Titiyevin axtarışı ilə məşğuldur.

Kremlin dəstəklədiyi Çeçenistan lideri Ramzan Kadırovun opponentləri olan insan haqları müdafiəçilərinin, jurnalistlərin üzləşdiyi risklər nəzərə alınarsa, Titiyevin yoxa çıxmasından yaranmış narahatlıq başa düşüləndir.

Memorialın məlumatına görə Titiyevin görüşməyi planlaşdırdığı tanışı deyib ki, onun maşını magistral yolda polis tərəfindən saxlanıb.

Lakin Titiyevin vəkili Çeçenistan paytaxtı Qroznıdan Kurçaloya gələndə, yerli polis onun orada olmadığınlı söyləyib.

Bununla əlaqədar Memorialın aparıcı fiqurlarından Oleq Orlov prezident Vladimir Putinin insan haqları üzrə məşvərət şurasına müraciət edib və deyib ki, Çeçenistan insan haqları şurasının üzvü Xeda Saratovadan aldığı məlumata görə Titiyev Kurçaloy polisində saxlanır.

“Cəzasızlıq mühiti”

Memorial narahatlığını bildirərək Rusiya hökumətindən Titiyevin harada olması barədə məlumat tələb edib.

Fəallar deyirlər ki, Çeçenistana 2007-ci ildə Putin tərəfindən rəhbər təyin edilmiş Ramzan Kadırov bölgəni repressiv üsullarla idarə edir və əyalətdə özünün təhlükəsizlik qüvvələri üçün tam cəzasızlıq mühiti yaradıb. Bu da bildirilir ki, bölgədə baş verən qanunsuzluqlara, siyasi opponentlərin yoxa çıxmalarına, onlara işgəncələr verilməsinə, habelə qətllərə görə məsuliyyəti də Kadırov daşıyır.

İnsan haqları fəalları son iki ildə Çeçenistanda təhlükəsizlik heyəti tərəfindən adam oğurlanması və ya həbs edilməsi hallarının kəskin artdığını qeyd edirlər. Onların sözlərinə görə yoxa çıxanların çoxu sonradan ümumiyyətlə tapılmır.

Memorialın fəallarından Natalya Estemirova Çeçenistanda insan haqları pozuntularını araşdırarkən 2009-cu ildə oğurlanmış və qətlə yetirilmişdi.

Kremlin tənqidçiləri deyirlər ki, Kadırovu dəstəkləyən Putin iddia olunan qanunsuzluqlara və Rusiya Konstitusiyasının pozulması hallarına göz yumur. Onlar bildirirlər ki, Putin Kadırov vasitəsilə Çeçenistandakı separatizmin baş qaldırmasına imkan vermir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG