Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Kadırov Çeçenistandakı son yaraqlıların məhv edildiyini deyir


Ramzan Kadırov
Ramzan Kadırov

Çeçenistanda yaraqlıların son dəstəsi məhv edilib və onların arasında əmir Aslan Byutukayev də var.

Bu məlumatı Çeçenistanın başçısı Ramzan Kadırova istinadən AzadlıqRadiosu verib.

Xəbərdə deyilir ki, xüsusi əməliyyat Qroznının 30 kilometrliyində olan Qatır-Yurd kəndinin yaxınlığında keçirilib.

Ramzan Kadırov bu barədə özünün Telegram kanalında yazıb:

"Xüsusi əməliyyat çoxdan hazırlanırdı. Əməliyyat planının hazırlanmasında şəxsən iştirak etmişəm və bu planı xüsusi əməliyyata başçılıq edən polk komandiri Zamid Çalayev savadlı şəkildə yerinə yetirib. Quldur dəstəsi iki dəfə təqib və toqquşmadan qaça bilmişdi. Üçüncü dəfə dəstə Axmat Hacı Kadırov adına polis polkunun döyüşçülərindən gizlənə bilməyib”.

Putin əməliyyata “düzəlişlər” edib

Kadırovun sözlərinə görə Rysusiya Federasiyasının prezidenti Vladimir Putin əməliyyatın gedişindən xəbərdar olub və şəxsən plana bəzi düzəlişlər edib.

O əməliyyatı maksimum peşəkar keçirməyi və şəxsi heyət arasında itkiyə yol verməməyi tapşırıb.

Kadırov iddia edib ki, bu, Çeçenistan ərazisindəki silahlıların son dəstəsi idi.

O bildirib ki, öldürülənlərdən bəzilərinin şəxsiyyəti müəyyən edilib.

Aslan Byutukayev 1974-cü ildə Çeçen-İnquş Respublikasının Açxoy-Martan kəndində doğulub.

Onun Aslan Masxadovun tabeçiliyində olduğu məlumdur.

O 2010-cu ildə İmarət Qafqaz yaradılması elan ediləndən sonra Doki Umarova qarşı döyüşüb.

Byutukayev 2011-ci ildə Şimali Qafqaz yaraqlılarının lideri ilə barışıb, 2013-cü ildə Umarovun ölümündən sonra çeçen döyüşçülərin başçısı seçilib.

Uzun müddət idi ki, ondan heç bir xəbər yox idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG