Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:53

Kabul hücumunda ölənlərin sayı və adları açıqlanır


Intercontinental otelinə hücumda 30 nəfərin həlak olduğu xəbər verilib
Intercontinental otelinə hücumda 30 nəfərin həlak olduğu xəbər verilib

Dövlət Departamenti bildirir ki, Kabulun Intercontinental otelinə yanavarın 20-də Taliban yaraqlıları tərəfindən edilmiş hücumda bir neçə ABŞ vətəndaşı öldürülüb və yaralanıb. Ümumilikdə bu hücum zamanı 30 nəfər öldürülüb.

Dövlət Departamentinin yanvarın 23-də yaydığı məlumatda həlak olmuş ABŞ vətəndaşlarının sayı barədə heç nə deyilmir. Əfqan rəsmilər ölən 14 əcnəbidən 11-nin yerli KanAir hava yolları şirkətindən olduğunu deyirlər.

Vəzifəli Əfqanıstan rəsmiləri ölü sayının yüksələ biləcəyi barədə xəbərdarlıq edirlər. Bəzi yerli xəbərlərdə hücumda 40 nəfərin öldürüldüyü bildirilir.

Hadisə zamanı hücum edənlərdən 6-sının öldürüldüyü xəbər verilib.

Ordu uniformaları geyinmiş yaraqlılar Əfqanıstan paytaxtındakı bahalı otelə yanvarın 20-də axşam hücum etmişdilər.

41 əcnəbi də daxil 150 nəfərin hücum zamanı xilas edildiyi bildirilir.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin yanvarın 21-də öldürülənlərdən altısının Ukrayna vətəndaşları olduqlarını deyib.

Ukraynanın Taciklistan və Əfqanıstandakı səfiri Viktor Nikityuk Ukraynanın 112 TV kanalına ölən ukraynalıların 7 olduğunui bildirib.

Qazaxıstan Xarici İşlər Nazirliyi ölənlərdən birinin qazax olduğunu bəyan edib.

Ölənlərin arasında Kabulla Taliban arasındakı danışıqlarda vasitəçilik edən Ali Sülh Şurasının işçisi Əhməd Fərzanın da adı çəkilir.

Bu hücuma görə məsuliyyəti öz üzərinə Taliban götürüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG