Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Əfqanıstanda intiharçı partlayışı nəticəsində 34 nəfər öldürülüb (VIDEO)


Dəşti Barça məhəlləsi
Dəşti Barça məhəlləsi

Əfqanıstan rəsmiləri avqustun 15-də Kabilin şiələr yaşayan ərazisində törədilmiş intiharçı partlayışında 34 nəfərin öldüyünü bildirirlər. Daha öncə bu say 48 göstərilirdi.

Səhiyyə Nazirliyinin sözçüsü Wahid Majroh avqustun 16-da deyib ki, partlayışda 56 nəfər yaralanıb. Bir gün öncə yaralı sayı 67 göstərilmişdi.

***

Avqustun 15-də Əfqanıstanda intiharçının bomba partlatması nəticəsində azı 48 nəfər həlak olub, daha 67 nəfər yaralanıb. İntiharçı Kabulun əsasən şiələr yaşayan məhəlləsində imtahana hazırlaşan universitet tələbələrini hədəfləyib.

Qurbanların əksəriyyəti Dəşte Barça ərazisindəki özəl təhsil mərkəzində olan gənclərdir. Burada qızlar və oğlanlar imtahanlara bir yerdə hazırlaşırlar.

Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü Wahid Majroh AzadlıqRadiosunun Azad Əfqanıstan redaksiyasına deyib ki, yarallılar yaxınlıqdakı xəstəxanalarda yerləşdirilib.

Onun sözlərinə görə ölənlərin sayı dəqiq bilinmir və məlum rəqəmin artacağı gözlənilir.

Polis bildirir ki, intiharçı, üstündəki partladıcılarla dərs getdiyi vaxt mərkəzin binasına daxil olub.

Taliban bu aktın arxasında olmadığını bildirib.

Bomba hücumuna görə hələlik heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib. Lakin şəhərin şiə şurası, özünü İslam Dövləti adlandıran ekstremist təşkialtı ittiham edir. Bu təşkilat bundan əvvəl də bir sıra şiə məscid və mədrəsələrinə hücumlar edib.

Şuranın sözlərinə görə son iki ildə təkcə Kabulda şiə icması üzərinə 13 hücum olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG