Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Kabildə partlayış törədilib, ölənlər var


Kabildə partlayış, 19 iyul, 2017
Kabildə partlayış, 19 iyul, 2017

Kabildə törədilən partlayışda azı 8 nəfər ölüb, 33 nəfərsə xəsarət alıb.

Bu barədə iyulun 19-da AzadlıqRadiosunun əfqan xidməti məlumat verir.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Partlayış Kabil universitetinin ətrafında törədilib.

Polisin məlumatına görə partlayışdan sonra iki avtomobil yanıb.

Bunun intiharçı tərəfindən törədildiyi və ya partlayış olduğu hələlik bəlli deyil.

Amma polis hadisə yerinin ətrafında ikinci bomba aşkar edərək onu zərərsizləşdirib.

Partlayış, tələbələr universitetin həyətində imtahana toplaşarkən törədilib.

Bundan bir gün əvvəl-iyulun 18-də Qəndəhar şəhərindəki polis binasının qarşısında törədilən partlayışda isə azı 12 nəfər ölüb, 90 nəfərsə yaralanıb.

Qəndəharda partlayış və hücum, 18 iyul, 2019
Qəndəharda partlayış və hücum, 18 iyul, 2019

Şəhər polisinin məlumatına görə, yaraqlılar partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə döyüşə giriblər.

Ölənlərdən 9-u mülki şəxslər, 3-ü isə polisdir.

Hazırda Talibanla sülh danışıqları aparılsa da son vaxtlar Əfqanıstanda zorakılıqların artdığı müşahidə olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG