Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:45

Kabildə baş vermiş partlayışda azı 10 nəfər ölüb


Partlayışdan sonra
Partlayışdan sonra

İslam Dövləti (İD) ekstremist təşkilatının regional qanadı Əfqanıstanın paytaxtı Kabildə, Xarici İşlər Nazirlyinin yaxınlığında törədilmiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Partlayış nəticəsində azı 10 nəfərin öldüyü və daha 53 yaralının olduğu xəbər verilir.

Silahlı qruplaşmanın Amaq xəbər agentliyinin teleqram kanalında bildirilir ki, İD üzvlərindən biri Talibanın təhlükəsizlik sədlərindən keçərək üstündəki bombanı partlada bilib.

Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra İD-Xorasan təşkilatı tərəfindən hədəflənir.

Taliban hökumətinin təhlükəsizlik qərargahının sözçüsü Xaled Zadran AzadlıqRadiosuna partlayışın yanvarın 13-də yerli vaxtla saat 16-da baş verdiyini təsdiq edib.

Sözçü bildirib ki, intiharçı nazirliyə daxil olmağa çalışsa da, bunu edə bilməyib.

Çox ziddiyyətli məlumatlar

Partlayışın ardınca İtaliya QHT-lərindən birinin xəstəxanasının cərrahiyyə şöbəsinə 40-dan çox yaralının gətirildiyi xəbər verilir.

BMT və bir neçə başqa ölkələr bu hücumu qətiyyətılə pisləyiblər.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzay Twitter postunda hadisəni “insanlığa və İslam dəyərlərinə qarşı terror" adlandırıb.

Xarici İşlər Nazirliyinin əməkdaşlarından biri AzadlıqRadiosuna deyib ki, hadisə baş verəndə XİN-in əməkdaşları binada yox idilər.

Lakin eyni mənbə partlayışın çox güclü olduğunu və adamların öldüyünü bildirib.

Başqa bir mənbə isə bildirib ki, partlayış baş verəndə binada Taliban nümayəndələri ilə Çin rəsmiləri arasında görüş keçirilirdi.

Nazirlik sözçüsünün müavini Ziya Əhməd Təkəl isə deyib ki, belə bir görüş ümumiyyətlə olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG