Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:34

Satanlar da narazıdır, alanlar da


Kartof, arxiv foto
Kartof, arxiv foto

Kənd təsərrüfatında yığım mövsüm başlansa da yerli bazarlarda kartof və pomidorun qiymətləri ucuzlaşmır. Kartof 70-80 qəpik, pomidor isə 1 manatdan yuxarıdır. Astara rayonun mərkəzi bazarındakı satıcının dediyinə görə, onlar aldıqları məhsulun hər kiloqramına 10-15 qəpik əlavə edirlər:

“Elə kənd təsərrüfatı məhsulu var ki,...”

“Adam var özü gedib sahədən tədarük edir, məhsul onun üçün ucuz başa gəlir. Bizdə belədir. Elə kənd təsərrüfatı məhsulu var ki, keçən ilə nisbətən qiymətləri bahadır. Əvvəllər hər kəs həyətyanı sahədə kənd təsərrüfatı məhsulu əkərdi. İndi belə deyil...”

“Görmüşdük ki,... ”

Yaşıl bazar, Bakı, arxiv foto
Yaşıl bazar, Bakı, arxiv foto

Fəridə adlı bir alcı da kartof və pomidorun baha olmasından narazıdır:

“İndi mövsüm vaxtıdır. Görmüşdük ki, mövsüm vaxtında qiymətlər aşağı olur...”

Bazarlarda kartof və pomidor ötən ilin eyni dövrünə nisbətən ucuz olmasa da, kəndlilər deyir ki, sahələrdən bu məhsullar aşağı qiymətə tədarük edilir. Masallı rayonun Həsənli kənd sakini Toğrul Həsənli deyir ki, kartof məhsulu var:

“Bu isə maya dəyərini ödəmir”

“Ancaq qiymət bizi təmin etmir. Kartof istehsalına çəkilən xərclər ildən ilə artsa da, satış qiyməti yerində qalır, ya da düşür. Hazırda kartof sahələrindən məhsulun 1 kiloqramını 15-20 qəpikdən tədarük edirlər. Bu isə maya dəyərini ödəmir. Keçən il kartofçuluqla məşğul olanlar yaxşı pul qazandılar. Görünür, bu il həmin qazanc olmayacaq. Tədarükcülərin keyfiyyətlə bağlı tələbləri böyükdür, ancaq qiymət yada düşümür. Bir çoxları deyir ki, gələn ilə kartof əkməyəcəyik.”

Masalllı rayonun Təklə kənd sakini, sahibkar Səmədağa Həmidov da kartofun tədarük qiymətinin aşağı oludğnu vurğulayır:

“Hazırda sahələrdən kartofun kiloqramını 20 qəpikdən tədarük edirlər”

Kartof sahəsi, arxiv foto
Kartof sahəsi, arxiv foto

“Kəndimizdə elə ailələr var ki, kartofçuluqla məşğuldur. Bütün işlərini kartofdan əldə etdikləri pul ilə həll edirlər. Hazırda sahələrdən kartofun kiloqramını 20 qəpikdən tədarük edirlər.Həmin qiymətə məhsulu necə versin? Ziyana gedirik. Kartofu torpaqdan çıxartmaq istəməyən də var. 3-4 il bundan əvvəl bu vəziyyətə düşümüşdük. Növbəti ildə heç kim kartof əkmədi, həmin ili qiymət qalxdı. Kartof sahədə ucuzdur, bazarda baha. Çünki bazara yolumuz bağlıdır. Həm də bazarda əyləşsək əkin sahələrində kim işləyər? Bu işdə karantin ( koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin elan edilib-red) də rol oynayır.”

Masallı Rayon Kənd Təsərrüfatı idarəsinin direktoru Seymur Nuriyev-in sözlərinə görə isə, tədürük edilən məhsulun qiymətini bazar müəyyənləşdirir:

“Dövlət qurumları kartofun qiymətinə müdaxilə edə bilmirlər”

“Kartofun qiymətini bazar tənzimləyir. Dövlət qurumları kartofun qiymətinə müdaxilə edə bilmirlər. Bu günkü gündə də kartofun 1 kiloqramını sahələrdən 30-35 qəpikdən tədarük edilir. Cəlilabadla da maraqlandım, bu qiymənətə satırlar.”

Seymur Nuriyevin fikrincə, kartof satışında olan orta qiymət elə də pis deyil:

“Əvvəl qiymət 80 qəpikdən başlanmışdı. Sonra qiymət düşdü aşağı. Kartof Rusiyaya, Ukraynaya gedir. Tədark üçün tələbat azalanda qiymət də düşür. Qiyməti tələb və təklif müəyyənləşdirir”

Direktorun sözlərinə görə, onlar da istəyirlər ki, kartofçuluqla məşğul olanlar qazanc əldə etsinlər:

“Bu gün bahadır, sabah ucuz ola bilər ”

“ Açıq sahədə pomidorun yetşməsinə qalıb. Həm də açıq sahədə yetşdirilən pomidorlar standartlara uyğun olmur. Xaric isə standart məhsul istəyir. Ona görə parnik təsərrüfatında müşdərilər növbəyə durmalı olurlar. Torpağı icarəyə götürümüş adamlar üçün çətin ola bilər. Orada icarə haqqı var.Keçən il kartofun qiymətdən də razlıq edirdilər. Bu il bir az aşağı qiymətlə tədürük edilir. Ancaq bazarlarda qiymətləri biz müəyyənləşdirmirik. Bu gün bahadır, sabah ucuz ola bilər.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG