Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:27

Kənd musiqiçisi: '35 yaşlı o qədər subay oğlanlar var ki...'


Fəxrəddin Məmmədov
Fəxrəddin Məmmədov

Kənd toylarında müğənnilik edən, müxtəlif musiqi alətlərində ifa etməyi bacaran Astara rayonunun Ərçivan kənd sakini Fəxrəddin Məmmədov deyir ki, yerlərdə toylarının sayı az qala iki dəfə azalıb. O, bunun səbəbini əhalinin dolanışığında görür:

«Yeyib-içmək məsələsi də zəifləyib»

«İqtisadi baxımdan vəziyyət yaxşı deyil. Toylara gedirəm, vəziyyəti görürəm... Söhbət kəndlərdən gedir. Söz yox, imkanı olan adamlar da var. Onlar ya xaricdə işləyirlər, ya da ticarətlə məşğul olurlar. Gəlinin zinət əşyaları ən azı 3-5 min manat pul götürür. Digər xərcləri də üstünə gəlsək, gəlib çıxır 10 min manata. Kənd adamında haradadır bu qədər pul? Ona görə uzun illər toya hazırlıq görməli olurlar. Yeyib-içmək məsələsi də zəifləyib. Ət, yağ bahadır. İndi kənd toyu o qədər də zəngin olmur. İnsanlar da bunu başa düşürlər. Övladına toy etmək valideynin ən böyük arzusu hesab olunur. Ona görə də valideynlər borca-xərcə düşüb övladlarına toy etməyə çalışırlar».

«Sakitcə gəlini gətirirlər»

Onun sözlərinə görə, toy edə bilmədiyindən yaşlanan subayların sayı da artır:

Kənd musiqiçisi Elməddin Məmmədov
Kənd musiqiçisi Elməddin Məmmədov

«Onu da deyim ki, biz əsasən kasıbların toyuna gedirik. Kasıbların çoxu toy edə bilmir. Sakitcə gəlini gətirirlər. O da valideyn üçün dərddir. Elə adamlar var ki, toy edə bilmir, subay qalır, yaşı keçir. Kəndlərimizdə 35 yaşlı o qədər subay oğlanlar var ki, deyiləsi deyil. Deyirlər ki, hələ toya hazırlıq başa çatmayıb. Necə çatacaq?! İş yox, təsərrüfatı balaca. Özlərini güclə dolandırırlar. Həmin o subaylar deyir ki, evlənsəm, qadın məndən əlavə xərc istəyəcək. Haradan gətirsin o xərci».

«Biz qiyməti qaldırsaq...»

F.Məmmədovun deməsinə görə, kənd musiqiçilərin sayı da azalıb: «Əvvəllər hər rayonda 3-4 musiqi kollektivi olardı, onlar toyları yola verərdilər. Toylar azaldığı üçün o musiqi kollektivləri dağılıblar. Musiqi kollektivimizin 8 üzvü var. Hamı toya baxır. Məndə belədir, ailədə 6 nəfərik, bir mən işləyirəm. Toya getməyin də qiyməti var. Bahalaşma getsə də, bizdə toyun qiyməti yerində qalır. Biz qiyməti qaldırsaq, ümumiyyətlə, kənddə toy olmaz. İstənilən qiymətə toya gedirik. Pulsuz çaldığımız toylar da olur. Toya gələnlər az məbləğ salırlar. Nəticədə toyun xərci çıxmır. Biz də çıxıb gedirik. İlin bu fəsillərində vəziyyət çətin olur. Qış gəlir, insanlar qaz və işıq pulunun dərdini çəkirlər. Ailələr var ki, qışda yuyunmağa yeri yoxdur...».

Təsərrüfatda işləməyə də vaxt tapılır
Təsərrüfatda işləməyə də vaxt tapılır

F.Məmmədov deyir ki, kənd musiqiçisi kimi fəaliyyətə 1977-ci ildən başlayıb: «O vaxtları şadlıq sarayları yox idi. Həyətlərdə çadır qururdular, toy edirdilər... Ali məktəbi Moskvada bitirmişəm. İxtisasım yer quruluşu mühəndisidir. Oğlum, nəvəm mənim yolumla gedirlər. Musiqi sərhəd tanımır... İran Azərbaycanında toylarda olmuşam. Onların toyları ilə bizim toylar arasında elə də fərq yoxdur. Bir kökdənik. Amma, bəzi fərqlər var. Onlar şirniyyat süfrəsi açırlar. Musiqiyə qulaq asarkən yemək yemirlər, musiqini dinləyirlər...».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG