Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:54

Köçkünlər Komitədən ev tələb edirlər


Məcburi köçkünlər
Məcburi köçkünlər

Bu gün, oktyabrın 10-da bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında etiraz aksiyasına cəhd edib.

«30 uşaq məktəbə getmir»

Etirazçıların sözlərinə görə, onların Qaradağ rayonunda yaşadıqları hərbçi yataqxanasının vəziyyəti pisdir, bina qəzalıdır. «Bu şəraitdə illərlə yaşayırıq, artıq dözülməzdir. Komitənin sədri Rövşən Rzayev bir müddət əvvəl bizə söz verib ki, bizi «Qobu-Park» yaşayış kompleksinə köçürəcəklər. Başqa adamlar köçürüldü, biz qaldıq. İllərlə bura gəlirik, amma heç bir tədbir görmürlər. Biz normal ev istəyirik. Yaşadığımız ərazidə məktəb, xəstəxana yoxdur, avtobus işləmir. 30 uşaq məktəbə getmir», - şikayətçilərdən biri söyləyib.

Komitə rəsmisi: «Bir az gözləmək lazımdır»

Etirazçıların qarşısına çıxan Komitənin nümayəndəsi də bildirib ki, hərbi şəhərcikdə məskunlaşmış məcburi köçkünlərdən 15 ailə hələ ki evsiz qalıb:

Məcburi köçkünlər qəbulda
Məcburi köçkünlər qəbulda


«Narazı vətəndaşlar artıq bir dəfə gəlmişdilər, cənab sədr onların nümayəndələrini qəbul etdi. Onlara bildirildi ki, Ümid qəsəbəsində ev tikilməsi üçün artıq yer ayrılıb. Sonra isə sakinlər bildirdilər ki, oradan ev istəmirlər. Hazırda biz sakinlərin yaşayış şəraitini nəzərə alaraq, onları müvəqqəti olaraq kirayəyə köçürməyə hazırıq».

Lakin şikayətçilərin bəziləri kirayəyə çıxmaq istəmədiklərini bildirdilər.

Komitənin İctimaiyyətlə əlaqələr departamentinin direktoru İbrahim Mirzəyev isə AzadlıqRadiosuna deyib ki, qəzalı mənzillərdə yaşayanlar onlarda qeydiyyata götürülüblər. Onun sözlərinə görə, müraciətləri İşçi qrup araşdırır. İ.Mirzəyev əlavə edib ki, yeni mənzillərə ilk növbədə daha çox ehtiyacı olanlar köçürülür: «1300-ailəlik «Qobu Park» yaşayış kompleksinə 5 min ailəni köçürmək mümkündür? Dövləti üçün bu gün prioritet odur ki, ora ən ağır vəziyyətdə olanlar köçürülməlidir. Digərləri mərhələli şəkildə köçürüləcək. Sadəcə bir az gözləmək lazımdır…».

'Xaraba qalmış' yataqxana: 27 ildi gözləyən köçkünlər
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Xatırlatma

Oktyabrın 8-də prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkünlərə salınan «Qobu Park-2» yaşayış kompleksinin açılışı olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və «Paşa Holdinq» şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlət başçısı İ.Əliyevə kompleksdə yaradılan şərait barədə məlumat veriblər. Bildirilib ki, təməli ötən ilin sentyabrında qoyulan bu kompleksdə onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, iaşə obyektləri yaradılıb. Habelə qeyd olunub ki, kompleksdə ümumilikdə 1300 mənzil var.

Sifarişçisi «Paşa Holdinq», podratçısı isə «Kristal Abşeron» MTK olan yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən «Qobu Park-1» yaşayış kompleksinin yanında inşa edilib. Hazırda «Qobu Park-3» yaşayış kompleksində də tikinti işlərinin davam etdirildiyi vurğulanıb.

«Qobu Park-1» yaşayış kompleksində artıq 1000-dən çox ailənin yaşadığı bildirilir. «Qobu-3»də isə 1300 ailə yaşamalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG