Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:34

ABŞ Rusiyanı bütün jurnalistlərin azad edilməsinə çağırır


Çeçen jurnalist Zhalaudi Geriyev narkotik maddə ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib
Çeçen jurnalist Zhalaudi Geriyev narkotik maddə ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib

Birləşmiş Ştatlar həm Rusiya, həm də onun nəzarətində olan şərqi Ukrayna ərazilərində saxlanan Rusiya və xarici jurnalistlərin dərhal azad edilməsinə çağırıb, habelə müstəqil Novaya Gazeta üzərinə təhdid və qısnama xəbərləri ilə bağlı “dərin narahartlığını” ifadə edib.

ATƏT-in Daimi Şurasının noyabrın 22-də Vyanada keçirilən iclasında ABŞ-ın səlahiyyətli nümayəndəsi Harry Kamian Ukrayna Milli Xəbər Agentliyinin müxbiri Roman Sushchenko və Ukrayna kino rejissoru Oleh Sentsov-un azad edilməsinə çağırıb. ABŞ-ın ATƏT-dəki missiyasının bəyanatında deyilir ki, “bunlar işğal olunmuş Krımda, həmçinin Rusiyada qanunsuz həbs edilmiş 70 ukraynalıdan yalnız ikisidir”.

İyunun 4-də Moskva Şəhər Məhkəməsi Sushchenko-nu casusluqda təqsirli bilərək 12 il müddətinə azadlıqdan məhrum edib. O cəzanı ciddi rejimli həbsxanada çəkir.Sushchenko təqsirsiz olduğunu, ona qarşı ittihamların siyasi mahiyyət daşıdığını deyib.

Əslən krımlı olan və yarımadanın Rusiya tərəfindən ilhaqına qarşı çıxış edən Sentsov terrorçuluqda ittiham edilərək 20 illik həbsxana cəzasına məhkum olunub. Qərb hökumətləri bu ittihamın siyasi motivli olduğuna inanırlar. O beş aydan artıq davam edən aclıq aksiyasını oktyabr ayında bitirib.

Beynəlxalq təşkilatlar Oleh Sentsov-un azad olunmasını tələ edirlər
Beynəlxalq təşkilatlar Oleh Sentsov-un azad olunmasını tələ edirlər

Daha sonra ABŞ-ın bəyantında deyilir: "Biz həm də Rusiya Federasiyasını 2017-ci ilin iyunundan bəri qondarma “Donetsk Xalq Respublikasında” saxlanan AzadlıqRadiosunun müxbiri Stanislav Aseyev-in azad olunmasına çağırırıq”.

Ukraynanın müxtəlif media qurumlarına reportajlar verən Aseyev həm də AzadlıqRadiosunun ştatdankənar müxbiridir. O Stanislav Vasin təxəllüsü ilə yazır.

O 2017-ci il, iyunun 2-də yoxa çıxıb, lakin bir həftə sonra Amnesty International insan haqları qrupu Aseyev-in rusiyayönlü separatçıların “təhlükəsizlik xidmətləri” tərəfindən saxlandığını bildirib.

Bəyanatda qeyd olunur ki, Birləşmiş Ştatlar “habelə Çeçenistandan olan və “əsassız narkotika ittihamı ilə tutulmuş” Zhalaudi Geriyev-in həbsdə saxlanmasına dair məhkəmənin 7 noyabrda çıxardığı hökmdən narahatdır.

Geriyev 2016-cı ildə qanunsuz olaraq narkotik maddə saxlamaqda ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib. Geriyev özünə qarşı ittihamları qətiyyərlə rədd edir.

Birləşmiş Ştatlar habelə Novaya Gazeta jurnalistlərinin hədələnməsindən dərin narahatlıq ifadə edib. Bu yaxınlarda naməlum şəxslər tərəfindən qəzetin redaksiyasına kəsilmiş keçi başı və matəm əklilləri göndərilmişdi.

Bundan əvvəl xəbər verilirdi ki, Rusiyanın müstəqil Novaya Gazeta qəzetinə naməlum mənbədən üstündə “press” yazılmış jiletlər geyindirilmiş 9 diri qoyun göndərilib.

Bundan az əvvəl qəzet prezident Vladimir Putinin yaxın çevrəsinə daxil biznesmen Yevgeny Prigozhin barədə təhqiqat yazıları dərc etmişdi.

Redaksiyaya göndərilmiş qoyunlardan biri
Redaksiyaya göndərilmiş qoyunlardan biri

Üç qəfəsə salınmış 9 qoyundan bəzisinə geyindirilmiş jiletlərin üstündə “Press, Novaya Gazeta” yazılmışdı. Oktyabrın 29-da göndərilmiş qəfəslərin də üstündə “Novaya Gazeta” sözləri vardı.

Bu akt üçün məsuliyəti heç kəs üzərinə götürməyib.

Naməlum şəxslər habelə oktyabrın 18-də qəzetin redaksiyasına içərisində bir neçə qoç başı və qərənfillər olan səbət göndərmişdilər. Bu səbətə həm də Novaya Gazeta-nı və Korotkovu “təbrik edən” açıqca qoyulmuşdu.

2000-ci ildən bəri 5 əməkdaşı peşə fəaliyyəti ilə bağlı öldürülmüş Novaya Gazeta yazır ki, Rusiya hakimiyyəti Korotkov-a qarşı təhdid və böhtan kampaniyası aparır.

Qəzet yazır ki, hakimiyyət Korotkovu Suriyadakı Rusiya pilotları barədə məlumatları dərc etməklə hərbçilərin həyatını təhlükəyə atmaqda günahlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG