Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:53

Prokuroqluda jurnalistə xəbərdarlıq edilib


Jurnalist Anar Məmmədov bu gün, iyulun 24-də yenidən prokurorluğa çağırılıb.

Bu haqda jurnalistin özü bildirib.

Anar Məmmədov Bakı şəhər Prokurorluğunda müstəntiq Cavid Abbasovun qəbulunda olub. Ona Gəncə olayları ilə bağlı bəzi saytlara açılan cinayət işinin istintaqı ilə bağlı məlumatların yayılmasına görə irad bildirilib.

İltizam alınan jurnalistə istintaq sirlərini yaymaması ilə bağlı xəbərdarlıq edilib.

Anar Məmmədov bundan öncə də bir neçə dəfə Bakı şəhər Prokurorlugunda dindirilib. Dindirmə jurnalistin rəhbərlik etdiyi criminalaz.com saytında Gəncə olayları ilə bağlı yayılan məqalələrə görə, açılmış cinayət işinə görədir.

Anar Məmmədov indiyədək prokurorluqda 50 saat dindirildiyini açıqlayıb.

Xatırlatma

Baş Prokurorluğun məlumatına görə, iyulun 3-də Gəncədə icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında “həqiqətə uyğun olmayan, təxribat xarakterli” informasiyalar yayılıb.

Fakt üzrə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələriylə cinayət işi başlanıb.

Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl bir neçə gün prokurorluğa çağrılaraq, axşama qədər dindirilib.

Ardından bu cinayət işi üzrə istintaqa daha iki sayt – gununsesi.info və teref.info da cəlb edildi, adları çəkilən internet resurslarına ölkə daxilində giriş məhdudlaşdırıldı.

XS
SM
MD
LG