Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 17:41

Jurnalist Vladislav Listyevin qətlindən 25-ci il keçir


Arxiv foto

Bu gün rusiyalı jurnalist Vladislav Listyevin öldürülməsindən 25-ci il keçir. O, 1995-ci martın 1-də Moskvada evinin girişində güllələnib. Bu zaman onun evindən pul və qiymətli əşyalar oğurlanmadığından istintaq bu qətlin əvvəlcədən planlaşdırıldığı qənaətinə gəlib. Öldürlməzdən əvvəl Listyev Rusiya İctimai Televiziyasının (indiki 1-ci Kanal ) ilk direktoru olub.

Bu hadisənin çox böyük rezonans doğurmasına baxmayaraq qətli sifariş verənlər və törədənlər bu günə qədər tapılmayıb.

1980-ci illərin sonu - 90-cı illərin birinci yarısında ən məşhur Rusiya televiziya jurnalistlərindən biri olan Vladislav Listyev Sovet televiziyasında perestroyka dövrünün simvollarından biri olan və 1987-ci ildə efirə başlayan "VİD" verilişinin yaradıcılarından biri idi. Sonra o, Ostankino televiziya şirkəti üçün proqramlar istehsal edən VID televiziya şirkətinin yaradıcılarından biri olub.

O, "Pole Çudes" verilişinin ilk aparıcısı olub. Rusiya televiziyasında ilk ictimai-siyasi tok-şoulardan birini - "Tema" nı və telemüsahibə janrında "Ças Pik" verilişini də o aparıb. Listyevin iştirak etdiyi son şoulardan biri Boris Nemtsovla müsahibə olub.

Jurnalistin qətli ilə bağlı cinayət işi dayandırılıb. Qətl ehtimalları arasında mərhum iş adamı, həmin vaxt ORT kanalının həmtəsisçisi olan Boris Berezovskinin adı çəkilsə də 2012-ci ildə istintaq bu ehtimalın təstiqlənmədiyini açıqlayıb.

XS
SM
MD
LG