Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 08:38

Jurnalist Seymur Həzinin səhhəti pisləşib


Jurnalist Seymur Həzi

“Azadlıq” qəzetinin əməkdaşı, xaricdən yayımlanan “Azərbaycan saatı” TV proqramının aparıcısı, hazırda həbsdə olan Seymur Həzinin səhhətində ciddi problemlər yaranıb.

Bu haqda onun həyat yoldaşı Nigar Həzi bildirib.

N.Həzinin sözlərinə görə, bir müddətdir ki, S.Həzinin səhhətində yaranan problemlər daha da artmaga baslayib. Revmatizm ağrıları şiddətlənsə də saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi müalicə tədbirləri görmür. O, hələ də xəstəxanaya yerləşdirilməyib. S.Həzi bildirib ki, onunla bağlı yarana biləcək bütün xoşagəlməz hallara görə hakimiyyət məsuliyyət daşıyır.

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

“Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG