Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Jurnalist nazirliyin mətbuat xidmətinə etiraz edir


A.Elgünəş
A.Elgünəş

Jurnalist Aynur Elgünəş dekabrın 20-də Səhiyyə Nazirliyinin (SN) binası qarşısında bu qurumun mətbuat xidmətinin suallarını cavablandırmadığını bildirərək, buna etiraz olaraq təkbaşına aksiya keçirib.

Jurnalist «Mətbuat xidmətinin fəaliyyətsizliyinə etiraz edirəm» plakatı qaldırıb.

A.Elgünəş nazirliyin mətbuat xidmətini verdiyi sorğuları cavablandırmamaqda, informasiyaları yaxın ətrafına daxil olan jurnalistlərə verməkdə qınayıb. «Səhiyyə məsələləri ilə bağlı kimdənsə müsahibə almaq istədikdə buna Səhiyyə Nazirliyinin razılıq verməsi irəli sürülür, müraciət etdikdə isə telefon zənglərinə cavab verilmir», - jurnalist əlavə edib.

Bu zaman A.Elgünəş nazirliyin mətbuat xidmətini rəhbəri Pərviz Abubəkirova zəng edib və o isə jurnalistə hansı sualları varsa, göndərməsini bildirib. P.Abubəkirov jurnalistin suallarının cavablandırılmaması ilə bağlı iradlarına cavab olaraq deyib: «Tədbirlərdə oluruq. Buna görə suallarını cavablandıra bilməmişik».

A.Elgünəş də bunun ilk dəfə olmadığını, hər dəfə suallarının cavablandırılmadığını, telefon zənglərinə cavab verilmədiyini iddia edib. O əlavə edib ki, təkcə Səhiyyə Nazirliyinin mətbuat xidməti deyil, digər nazirliklərin də mətbuat xidmətləri belə fəaliyyət göstərir.

Jurnalistin 15 dəqiqəyə qədər çəkən aksiyasına hər hansı müdaxilə olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG