Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Jurnalist Nazirlər Kabinetinin qarşısında aksiya keçirib


P.Abışova
P.Abışova

Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxılıb. O, saxlanılması haqda şərh vermək istəməyib.

+++

İyulun 9-da müstəqil jurnalist Pərvin Abışova Nazirlər Kabinetinin qarşısında təkadamlıq aksiya keçirib. Bu haqda AzadlıqRadiosuna jurnalist özü danışıb.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin dövründə jurnalistlərin peşə fəaliyyəti ilə məşğul olmaq üçün icaze.e-gov.az portalında qeydiyyatdan keçmək qərarına etiraz edib.

Aksiya zamanı P.Abışova bildirib ki, qərargahın qərarı jurnalistlərin informasiya almaq azadlığına yaradılmış süni maneədir.

"Xüsusi karantin rejimi elan edildikdən sonra işləyə bilmirəm və məni kirayə qaldığım mənzildən çıxarıblar", - jurnalist söyləyib.

P.Abışova əraziyə cəlb olunmuş polis əməkdaşları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı Nazirlər Kabinetindən və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG