Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 19:52

Jurnalist Mahal İsmayıloğlu vəfat edib

Mahal İsmayıloğlu
Mahal İsmayıloğlu

-

Jurnalist Mahal İsmayıloğlu vəfat edib. Bu barədə Musavat.com-a mərhumun qızı Ayan Sadıqlı xəbər verib.

Onun sözlərinə görə, Respublika xəstəxanasında müalicə olunan Mahal İsmayıloğlunun böyrəkləri bu gün öz funksiyasını itirib və jurnalist saat 13.20-də vəfat edib.

Jurnalist xəstəliyi ilə bağlı Türkiyədə də müalicə kursu keçmişdi. Onun ürəyində də problemlər vardı.

M.İsmayıloğlu jurnalistlik fəaliyyəti dövründə "Aydınlıq", "Xalq qəzeti", "Yeni Müsavat" qəzetlərində çalışıb, köşə yazıları ilə çıxış edib. O, bir müddət "Xalq qəzeti"nin baş redaktoru vəzifəsində də çalışıb.

This item is part of
XS
SM
MD
LG