Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

Assange-ın atası onu Avstraliyaya verməyə çağırıb


ulian Assange Londonda həbs edilir, 11 aprel,2019
ulian Assange Londonda həbs edilir, 11 aprel,2019

WikiLeaks saytının banisi Julian Assange-ın atası Avstraliya hakimiyyətini onun taleyinə qarışmağa və Avstraliyaya verilməsinə nail olmağa çağırıb.

Qeyd edək ki, 2012-ci ildən Londondakı Ekvador səfirliyinə sığınmış Assange aprelin 11-də Londonda həbs edilib. O, Avstraliya vətəndaşıdır.

Assange-ın atası John Shipton hesab edir ki, belə bir qərar hamını qane edərdi.

Avstraliyanın baş naziri Scott Morrison bundan əvvəl bildirib ki, Assange-a onun istəyi ilə konsulluq səviyyəsində köməklik göstəriləcək, amma Avstraliya hökuməti bu işdə hansısa formada iştirak etməyəcək.

Bir sıra jurnalist cəmiyyətləri və solçu dairələr Assange-ın müdafiəsinə qalxıblar Onlar hesab edirlər ki, ABŞ-a veriləcəyi halda Assange-ı ağır cəza gözləyə bilər.

Leyboristlər başda olmaqla, Britaniya parlamentinin 70-ə yaxın deputatı onun İsveçə verilməsinin mümkünlüyünə baxmağa çağırıblar.

Assange 2012-ci ildə məhs bu ölkəyə verilməkdən yayınmaq üçün Londondakı Ekvador səfirliyinə sığınmışdı.

O, bu ölkədə zorlamada ittiham olunrdu, amma bu iş artıq bağlanıb və hazırda ekstradasiya ilə bağlı vahid sorğu yalnız ABŞ-dandır.

Assange ABŞ-da, bu ölkəyə məxsus gizli sənədləri yaymaqda, vaxtilə ABŞ ordusunda xidmət edən sıravi Chelsea Manningin müdafiə nazirliyinin komputerlərinə girməsinə kömək etməkdə ittiham olunur.

Buna görə Assange-ı 5 il həbs cəzası gözləyir.

Amma Assange qorxur ki, ona qarşı əlavə ittihamlar irəli sürülə bilər.

Böyük Britaniya bundan əvvəl, ölüm hökmü gözləyəcəyi halda onu ekstradasiya etməyəcəyini vəd etmişdi.

Julian Assange-ı Ekvador səfirliyinin dəvəti ilə Britaniya polisi həbs edib.

Ekvador bundan əvvəl onun siyasi sığınacaqlıq statusunu ləğv edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG