Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 11:12

Johnson Trumpı Britaniyadakı seçkilərdən uzaq durmağa çağırıb


Boris Johnson, London, 28 oktyabr 2019
Boris Johnson, London, 28 oktyabr 2019

Böyük Britaniyanın baş nazir Boris Johnson bəyan edib ki, gələn həftə NATO sammitində iştirak üçün Londona gələcək ABŞ prezidenti Donald Trump İngiltərədə keçiriləcək parlament seçkilərinə müdaxilə etməsə bu hamı üçün "yaxşı olacaq".

« Ən yaxşısı yaxın müttəfiq kimi ABŞ-la Böyük Britaniya bir-birinin seçki proseslərinə qarışmamalıdılar», deyə o bildirib..

Seçki öncəsi aparılan rəy sorğularında Johnsonun mühafizəkar partiyasının lider olduğu bildirilir. Baş nazir Avropa Birliyindən çıxmaqla bağlı öz planının parlamentdən keçirməsi üçün kifayət qədər səs alacağına ümid edir.

Ötən ay Trump çıxışlarının birində İngiltərədəki müxalif Leyborist partiyasının lideri Jeremy Corbin’ini tənqid edib və onun "pis" baş nazir olacağını deyib. O bildirib ki, Johnson Brexit partiysının ideri olan Nigel Faraj ilə ittifaq qurmalıdır.

Dekabrın 12-də Böyük Britaniyada parlament seçkiləri keçiriləcək.

XS
SM
MD
LG