Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:03

ABŞ Senatı Rusiyaya səfirin namizədliyini təsdiq etdi


John Sullivan
John Sullivan

ABŞ Senatı dekabrın 12-də John Sullivan-ın Rusiya Federasiyasında səfir vəzifəsinə namizədliyini təsdiq edib.

Senat səsverməsində namizədliyi prezident Donald Trump tərəfindən verilmiş Sullivanın leyhinə 70, əleyhinə 22 senator səs verib.

Bunların arasında həm respublikaçılar, həm də demokratlar var idi.

ABŞ-ın Rusiyada bundan əvvəlki səfiri Jon Huntsman vəzifəsindən ötən oktyabrda istefa etmişdi.

Cənab Sullivan bundan əvvəl dövlət katibinin müavini idi.

O peşəkar diplomat olmasa da, dövlət xidmətində hüquqşünas kimi böyük təcrübəyə malikdir.

Yeni səfirin Moskvaya nə vaxt gələcəyi bilinmir.

Bu vəzifəyə təyin edilməsi üçün keçirilən Senat müzakirəsində Sullivan Rusiyanı Krımı ilhaq etdiyinə və 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə görə tənqid edib.

O habelə Rusiyadan Almaniyaya ŞimalAxını 2 qaz kəmərinin çəkilməsinə qarşıdır. Sullivan bildirib ki, bu kəmər Avropanın enerji təhlükəsizliyinə hədə təşkil edir.

ABŞ Konqresi bugünlərdə ABŞ-ın müdafiə büdcəsini qəbul edib. Bu sənəddə ŞimalAxını 2 layihəsinin icrasında iştirak edən şirkətlər üçün sərt sanksiyalar nəzərdə tutulub.

Senator Ted Cruz dekabrın 12-də bu sənədin tezliklə səsə qoyularaq imza üçün prezident Trump-a təqdim olunmasına çağırıb.

Senator bildirib ki, bu layihənin qarşısını sanksiyalarla almaq hələ də gec deyil.

Bəzi hesablamalara görə kəmərin 100-150 kilometrlik hissəsinə boruların düzülməsi qalır və bu iş artıq yanvar ayında tamamlana bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG