Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Hakerlər milyarder Jeff Bezos-un telefonunu sındırıblar


Jeff Bezos “Amazon” un banisi? milyarder/
Jeff Bezos “Amazon” un banisi? milyarder/

Hakerlər “Amazon” un banisi Jeff Bezos-un telefonunu sındırıblar.

Bu barədə “The Guardian” qəzeti öz mənbələrinə istinadla yazıb.

Milyarderə WhatsApp-la Səudiyyə şahzadəsi Mohammed Bin Salmanın adından bir video göndərilib.

“The Wall Street Journal” yazır ki, insident 2018-ci ilin yazında olub.

Mlumata görə, bunadək milyarderlə şahzadə arasında dostluq yazışmaları olub.

Hakerlər Bezos-un telefonundan böyük həcmdə məlumat çəkiblər, amma oğurlanmış məlumatlar barədə məlumat verilmir.

Ər-Ryad bu məsələdə əli olmadığını deyir.

Bezos-un nümayəndələri hələlik son məlumata münasibət bildirməyiblər.

Amma təhlükəsizlik məsələləri üzrə məsləhətçi Gavin de Backer hələ ötən ilin martında Səudiyyə Ərəbistanın bu məsələdə əli olmasınının mümkünlüyünü istisna eləməmişdi.

Onun fikrincə, Bezosa məxsus olan “The Washington Post” qəzeti səudiyyəli jurnalis Jamal Khashoggi-nin 2018-ci ilin oktyabrında Türkiyədəki Səudiyyə səfirliyində qətlini ətraflı işıqlandırdığına görə, Ər-Ryad ona qarşı kampaniyaya başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG