Keçid linkləri

Təcili xəbərlər
2023, 06 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:54

'Saxta informasiya' qanunu imzalandı


Sadır Japarov

Qanunda onlayn postlarla bağlı şikayətlərə iki gün ərzində “reaksiya verəcək” hökumət agentliyinin yaradılması nəzərdə tutulur.

Qırğızıstan Prezidenti Sadır Japarov qalmaqallı “saxta informasiya” qanununu imzalayıb. Bir çox yerli və beynəlxalq insan haqları qrupları bu qanunvericiliyi tənqid edir, mətbuat azadlıqlarının boğulması üçün istifadə oluna biləcəyini deyirlər.

Deputatların iyulun sonunda təsdiqlədiyi qanunu prezident avqustun 24-də imzalayıb.

Ölkənin vətəndaş hüquqları təşkilatları və media qruplarının fikrincə, bu qanunvericilik Qırğızıstan konstitusiyasına, beynəlxalq öhdəliklərinə ziddir, insan haqları və söz azadlığını pozur.

Qanunun tələbləri

Layihənin müəllifi olan deputat Gülşat Asilbayeva isə bildirir ki, qanun saxta sosial media hesabları və ölkədə siyasi oyunçuları gözdən salmağı hədəfləyən trol fabrikləri ilə mübarizədə vacibdir.

Qanunda onlayn postlarla bağlı şikayətlərə iki gün ərzində “reaksiya verəcək” hökumət agentliyinin yaradılması nəzərdə tutulur. Kontentin yerləşdirildiyi saytlar isə agentlikdən aldıqlara təlimatlara 24 saat ərzində əməl etməlidirlər.

Bundan başqa, internet provayderləri müştərilərini vahid identifikasiya sistemində qeydiyyatdan keçirməli, məhkəmə, yaxud dövlət orqanı xahiş edərsə, rəsmilərə istifadəçilərlə bağlı tam informasiya verməlidirlər.

Vebsayt və sosial şəbəkə hesabları sahiblərinin şəxsi data və elektron email ünvanlarını açıq, hamıya əlçatan olmalıdır. Anonim internet istifadəçiləri müəyyənləşdirilərək bloklanacaq.

Tənqidçilər nə deyir

Bu qanunvericiliyin daha öncəki versiyasını bir il öncə kütləvi etirazlardan sonra ozamankı prezident Sooranbay Jeenbekov parlamentə qaytarmışdı.

2020-ci ilin oktyabrında mübahisəli parlament seçkiləri kütləvi etirazlara səbəb oldu. Sonucda hökumət və Jeenbekov istefa verməli oldu.

Yanvarda prezident seçkisini asanlıqla udmuş Japarov hüquqi dəyişikliklərlə bağlı bir sıra təşəbbüslər irəli sürüb, bütün bunların “asayişin yaradılması”ndan ötrü güclü mərkəzi hökumətin qurulması üçün gərəkdiyini deyib.

Tənqidçiləri isə onu ölkəni avtokrat kimi idarə etmək üçün hakimiyyəti əlində cəmləşdirməkdə suçlayırlar.

XS
SM
MD
LG