Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:49

'Avatar-2' filminin nədən bəhs edəcəyi açıqlandı


Avatar filminin reklamı Türkmənistanda...

Avatar filminin reklamı Türkmənistanda...

-

2009-cu ildə ekranlara çıxan, kino tarixinin ən gəlirli filmlərindən sayılan (dünya boyu təxminən 3 milyard dollar toplayıb) "Avatar"ın davamı gəlir- "Avatar-2"

Onu da James Cameron çəkəcək.

Cameron diqqətin filmin baş qəhrəmanı Jake Sully (Sam Worthington) və onun ailəsi üzərində cəmləşəcəyini təsdiqləyib.

"Avatar"da Jake və Neyriti​ filmin sonunda qovuşur, "Avatar-2"də onların öz uşaqları ilə birlikdə Yer planetindən gəlmiş tamahkar insanlarla mübarizəsi əks olunacaq.

"Avatar"da yadplanetlilər onları geri oturda bilmişdilər.

Bu dəfə insanlar gəlirli faydalı qazıntı ardınca yenidən həmin planetə gəlirlər.

Filmin, 2018-ci ilidə milad bayramı ərəfəsində nümayiş etdirilməsi nəzərdə tutulsa da, Cameron çəkilişlərin gedişatından asılı olaraq gecikmə ola biləcəyini də bildirib. O filmin növbəti hissələrinin ard-arda, bir-birinə yaxın tarixdə nümayiş etdirilməsini istəyir. "Avatar" filmlərinin 2018, 2020, 2022 və 2023-cü illərdə ərsəyə gətirilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG