Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Prezidentlər dekabrda görüşə bilərlər


James Warlick
James Warlick

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrın 6-da konstitusiya dəyişikliyi ilə bağlı Ermənistanda keçiriləcək referendumdan sonra baş tutacaq.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, bunu oktyabrın 27-də Yerevanda jurnalistlərə Minsk qrupunun amerikalı həmsədri James Warlick deyib.

“Hesab edirəm ki, görüş Ermənistanda keçiriləcək referendumdan sonra baş tutacaq. Amma ümid edirəm ki, bu ilin sonunadək olacaq, bu çox dar vaxtdır və görüş prezidentlər və xarici işlər nazirlərinin gündəliyindən aşlı olacaq. Gərginliyin səviyyəsi və digər məsələləri müzakirə eləmək üçün artıq görüş vaxtıdır”-deyə o vurğulayıb.James Warlick deyib ki, hələlik görüşün nə vaxt keçiriləcəyi bəlli deyil və bu prezidentlərlə müzakirə ediləcək:

Amerikalı həmsədr qeyd edib ki, hər iki prezident dialoqun canlandırılmasını vəd ediblər və görüşmək fikrindədirlər.

Qeyd edək ki, prezidentlərin son görüşü təxminən 1 il əvvəl Fransanın paytaxtı Parisdə olub.

XS
SM
MD
LG