Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:54

ABŞ BMT-ni Khashoggi-nin qətlinin ‘şəffaf’ araşdırılmasına çağrır


Birləşmiş Ştatlar BMT-nin İnsan Haqları Şurasına bildirib ki, Səudiyyənin dissident jurnalisti Jamal Khashoggi-nin “əvvəlcədən hazırlanmış qətlinin diqqətli, qərarlı və şəffaf” təhqiqatı “zəruridir”.

ABŞ-ın bəyanatında bildirilir ki, “lazımi qaydalara uyğun aparılacaq araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmalıdır”.

ABŞ-ın bu bəyanatı noyabrın 5-də bir neçə Qərb ölkəsinin Səudiyyə Ərəbistanının insan haqlarına dairBMT-də keçirilən müzakirəsində Khashoggi-nin qətli ilə bağlı hiddət ifadə etməsi ilə eyni vaxta təsadüf edib.

Bu müzakirələrdə iştirak edən İslandiya və Kosta Rika da daxil bir neçə ölkə hətta beynəlxalq təhqiqatın aparılmasını tələb edib.

Birləşmiş Ştatlar BMT-nin sözü gedən 47 üzvlük şurasını ötən iyun ayında tərk edib. Vaşinqton şuranı İsrailə qarşı qərəzdə ittiham edib. Lakin ABŞ BMT İnsan Haqları Şurasında müşahidəçi üzv olaraq qalır.

Türkiyə prokurorluğu bildirib ki, Khashoggi oktyabrın 2-də İstanbuldakı Səudiyyə konsulluğuna daxil olan kimi onu boğublar və daha sonra isə onun meyiti doğranıb və məhv edilib.

BMT-dəki Səudiyyə Ərəbistanı nümayəndə heyətinin başçısı Bandar al-Aiban deyib ki, krallıq Khashoggi-nin qətlinə görə məsuliyyət daşıyanların hamısının mühakimə edilməsini təmin edəcək.

Aiban deyib ki, kral Salman Səudiyyə prokurorluğuna “bu işin müvafiq qanunlar əsasında araşdırılmasına, bütün faktların toplanmasına və məsul şəxslərin ədalət qarşısına gətirilməsinə əmr verib”.

Bu arada Khashoggi-nin oğulları noyabrın 5-də atalarının meyitinin qaytarılmasını tələb ediblər. Khashoggi Washington Post qəzetinin köşə yazarı və Səudiyyə hökumətinin qatı tənqidçisi idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG