Arazın o tayında boğulan səs — İran AzTV-ni niyə 'düşmən' elan etdi?
İran AzTV-ni "düşmən media" siyahısına daxil edib. Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli bildirir ki, gərginliyin davam etdiyi bir vaxtda Tehran xarici qüvvələrin ölkəyə, xüsusən də oradakı azərbaycanlılara olan təsirini azaltmağı hədəfləyir: "Məlum münaqişə başlayandan bəri İran xarici təsirlərə qarşı olduqca həssaslaşıb. Onlar xüsusilə Quzey Azərbaycandan gələn informasiya axınının və təsirlərin qarşısını almağa çalışırlar".