Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Xaçmazda itlər kütləvi ölüb


Foto arxivdəndir
Foto arxivdəndir

Xaçmaz rayonunun ərazisində yerləşən "Biz də yaşamaq istəyirik" adlı it sığınacağında itlərin kütləvi şəkildə öldüyü bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən sığınacağın rəhbəri Nailə Rüstəmli bildirib ki, ümumilikdə 15 it xəstələnib, onlardan 11-i ölüb:

"Biz, itlərin ölümünün səbəbini bilmək və qalan itləri xilas etmək üçün onları Bakıya ekspertizaya gətirdik. Ekspertizanın nəticələri göstərdi ki, itlərə dərman verilib və itlər infarkt keçirib".

Nailə Rüstəmli bir neçə nəfərdən şübhələndiyini qeyd edib:

"Bir neçə nəfərlə itlərin üstündə mübahisəmiz düşmüşdü. Dəfələrlə mənə təzyiq olub ki, həmin sığınacağı bağla, yoxsa pis olacaq. Hətta itimizə güllə də atıblar".

İtlərin ölümü faktı ilə bağlı Nailə Rüstəmli bu gün, noyabrın 19-da Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini söyləyib:

"Ərizəmi qəbul etdilər və noyabrın 21-də polisə dəvət etdilər", - deyə sığınacaq rəhbəri bildirib.

Nailə Rüstəmlinin bu dediklərinə, hələlik, Xaçmaz Rayon Polis Şöbəsi və başqa yerli rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG