Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:00

İtkinlərin yaxınları müxalifətdən etirazları dayandırmağı tələb edirlər


İtkin əsgərlərin valideynləri
İtkin əsgərlərin valideynləri

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, Qarabağ müharibəsində itkin düşmüş hərbi qulluqçuların valideynləri və yaxınları müxalifətin gündəlik etiraz aksiyalarının dayandırılmasını tələb ediblər.

Oğullarından 2-3 aydır ki, xəbər olmayan əsgər valideynləri onların hələ də əsirlikdə olmasına ümid edirlər.

Valideynlər əmindirlər ki, itkinlərin axtarışı həm də müxalifətin etiraz aksiyalarına görə ləngiyir.

Oktyabrın 5-dən bəri 20 yaşlı əsgər oğlundan xəbər ala bilməyən Roman Gevorkyan deyir ki, onlar son dəfə telefonla məhz oktyabrın 5-də danışıblar.

“Bu xalqı hakimiyyət davasına qatmayın”

Əsgər atası həm də bugünlərdə aramsız etiraz mitinqi keçirənləri qınayır:

“Siz gəlmisiniz və burada kreslo mübarizəsi aparırısınız. Kreslonuz özünüzə qalsın. Bizdən aralı durun, yolu açın, bu xalqı hakimiyyət davasına qatmayın. Qoy türklər (azərbaycanlılar - red) bugün yolları açıb uşaqlarımızı buraxsınlar. Bugünədək əsirlərin hələ də buraxılmaması sizin günahınızdır. Siz hər şey üçün cavab verəcəksiniz. Türklər baxıb sevinirlər ki, siz bir-birinizin boğazını didmək istəyirsiniz...”

Gevorkyan bildirir ki, onların heç bir siyasi partiya ilə əlaqəsi yoxdur. Onları ümumi ağrı bağlayır:

“Hər gün Yerablurda qəhrəmanları dəfn edirlər. Adam olun, hakimiyyət uğrunda mübarizəni dayandırın. Biz bunu istəmirik. Biz istəyirik siz bizdən uzaq durasınız və yollar açılsın”.

90 gündür ki, oğlunun “öldü-qaldısını” bilməyən Amaliya Abacyan deyir ki, kimə müraciət edəcəyini bilmir:

“Mən hökumətimizə yalvarıram. Düzdür, onlar deyirlər ki, işləyirlər. Amma biz özladlarımız üçün nə isə bir iş görüldüyünü görmürük. Uşağın hansı son tarixdə əsgər kimi qeydiyyatda olduğu bilinmir”.

Ermənistanda fərrariliklə bağlı 800-dən çox cinayət işi açılıb
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Noyabrın 13-dən bəri 1069 meyit tapılıb

Azatutyun yazır ki, Qarabağ müharibəsində nə qədər adamın itkin düşməsinə dair dəqiq məlumat yoxdur.

Kavkazski Uzel saytı bildirir ki, indiyədək Rusiya sülhməramlılarına 537 itkin hərbçi ilə bağlı müraciət olunub.

Dekabrın 22-də münaqişə zonasında daha 14 erməni hərbçinin qalıqları tapılıb.

Separatçıların nümayəndəsi bildirir ki, meyitlərin axtrışı Şuşa, Cəbrayıl və Zəngilan istiqamətlərində davam etdirilir.

Son məlumatlara görə noyabrın 13-dən indiyədək Dağlıq Qarabağda 1069 hərbçi meyiti aşkar olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG