Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:24

'Spasibo Putin' üçün 200 avronu kim ödəyir?


Yardım gətirmiş Rusiya hərbi təyyarəsi və təşəkkür plakatı
Yardım gətirmiş Rusiya hərbi təyyarəsi və təşəkkür plakatı

İtaliyanın La Repubblica qəzeti yazıb ki, bu ölkədə yaşayan rusiyalılar tanışları olan italyanlara hansısa “Rusiya KİV-nin” klipində çəkilməyi və Rusiya və Putinə humanitar yardıma görə təşəkkür bildirməyi təklif edirlər.

Bu da qeyd olunur ki, belə təklifi edənlər humanitar yardım barədə təşəkkür sözləri üçün hətta 200 avro ödməyə hazırdırlar.

Qəzetin yazdığına görə, İtaliya sakinlərinə bu cür təkliflər həm də Whatsapp vasitəsilə gəlir:

"Onlara Rusiyanın humanitar yardımı barədə nə isə yaxşı bir söz deyəcək 15 italyan lazımdır. Yaxşı olardı ki, video vasitəsilə və ya fotoşəkillə göndərilsin. Hərçənd video üçün 200 avro ödəsələr də, fotoşəkil üçün bir qədər az pul verirlər”.

Qəzet bildirir ki, belə bir postu redaksiyaya yerli sakinlərdən biri göstərib.

Rusiya dövlət başçısı üçün tərifli videonu Twitter-də, Facebook və Instagramda yerləşdirməyi təklif edirlər.

Qəzetin müxbirləri hətta TikTokda Rusiyanın humanitar yardımı üçün təşəkkür videosu yerləşdirmiş bir qızı da tapıblar.

Həmin qız La Repubblica qəzetinə deyib ki, videonu çəkməyi ondan bir dostu xahiş edib və 20 avro ödəyib.

Avropa İttifaqının bayrağını Rusiya bayrağına dəyişmək

Rusiyanın Romadakı səfirliyi bəyan edib ki, italyanlara pul müqabilində video təklifi barədə heç nə bilmir. Səfirlikdən qəzetə bildiriblər:

"Rusiyaya bu formada təşəkkür lazım deyil. Bizə hər gün adi vətəndaşlardan, şəhər və regionların rəhbərlərindən, siyasətçi və sahibkarlardan səmini təşəkkür ifadə edən yüzlərlə zəng, məktub və şərhlər gəlir”.

Current Time saytı yazır ki, ötən mart ayında Rusiya İtaliyaya koronavirusla mübarizə üçün humanitar yardım, hərbi həkimlər və tibb avadanlığı göndərəndən bəri kremlyönlü blogerlər və media bu əməliyyatdan təbliğat üçün istifadə etməyə başlayıb.

Məsələn sosial şəbəkələrdə yayılmış və mənşəyi bilinməyən bir videoda bir kişi Avropa İttifaqının bayrağını çıxarıb, onun yerindən Rusiya bayrağını asır.

Kişi bunun ardınca kağıza yazılmış sözləri göstərir: “Spasibo, Rossiya!, Spasibo, Putin!” (Təşəkkür edirik, Rusiya! Çox sağ ol, Putin!).

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG