Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:14

İtaliyada hakimiyyətə moskvayönlü Salvini gələ bilər


Giuseppe Conte (solda) və Matteo Salvini
Giuseppe Conte (solda) və Matteo Salvini

İtaliyanın baş naziri Giuseppe Conte avqustun 20-də ölkə senatında etdiyi çıxış zamanı istefaya getmək istədiyini elan edib.

Onun sözlərinə görə o bu barədə prezidentə hökumət böhranını senatda müzakirə etdikdən sonra məlumat verəcək.

Conte öz qərarını hökumət koalisiyasını təşkil edən “Beş ulduz” hərəkatı və Liqa partiyaları arasında baş vermiş ixtilafla əsaslandırıb.

Senatdakı nitqində baş nazir müavinini və Liqa partiyasının lideri Matteo Salvinini hökumət böhranını qızışdırmaqda ittiham edib.

Bundan əvvəl Salvini hökumətdəki ixtilaf barədə bəyanat vermiş və növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırmışdı.

Hökumət münaqişəsinə Liqanın Fransada yüksək sürətli dəmir yolunun tikilməsinə müxalifətlə birlikdə səs verməsi olub.

Hakim “Beş ulduz” partiyası bu dəmir yolunun tikilməsinə qarşı idi.

Rəy sorğuları göstərir ki, Salvininin partiyası rəy sorğularının lideridir və növbədənkənar seçki keçirildiyi təqdirdə qalib gələ bilər. Eyni zamanda “Beş ulduz” partiyası tərəfdarlarını itirməkdə davam edir.

Conte İtaliya hökumətinə 2018-ci ilin 1 iyulundan rəhbərlik edir. O populist “Beş ulduz” partiyasının sağ təmayüllü populist Liqa partiyası ilə koalisiyasının sayəsində müstəqil baş nazir ola bilmişdi.

Öz növbəsində Salvini daxili işlər naziri kimi miqrantlara münasibətdə sərt siyasət yürüdür.

İtaliya dənizdə batan miqrantları xilas etmiş gəmilərin öz portlarına daxil olmasını qadağan edir.

Salvini habelə özünün Vladimir Putinə və Kremlin siyasətinə heyranlığı ilə tanınır.

Bu yaxınlarda İtaliya mediası Salvini emissarının Moskvada Rusiya nümayəndələri ilə məxfidanışıqlar aparmasından yazmışdı.

Prokurorluq bu iddialarla bağlı təhqiqata başlayıb. Salvini ittihamları rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG