Keçid linkləri

Təcili xəbərlər
2020, 12 Avqust, çərşənbə, Bakı vaxtı 10:30

Casusluqda ittiham edilən rusiyalının ABŞ-a ekstradisiyasına qərar verildi


Alexander Korshunov

İtaliya məhkəmsi Rusiyadakı Birləşmiş Mühərrikqayırma Korporasiyasının (ODK) biznesin inkişafı üzrə direktoru Alexander Korshunov-un ABŞ-a ekstradisiyasına icazə verib.

Bu müəssisə Rostex birliyinin tərkibinə daxildir.

Korshunov-un vəkilləri deyiblər iki həftə ərzində bu hökmdən şikayət verəcəklər.

Korshunov Vaşinqtonun orderi ilə sentyabrın əvvəllərində Neapolda saxlanıb.

ABŞ onu Amerikanın GE Aviation aviasiya şirkətinin kommersiya sirlərinin oğurlanması məqsədilə sövdələşməyə girmək cəhdinə ittiham edir.

GE Aviation aviasiya mühərriklərinin bütün dünyda aparıcı istehsalçısıdır.

Amerika tərəfinin verdiyi məlumata görə rusiyalı, iqtisadi casusluqla 2009-2017-ci illərdə, ODK-də işlədiyi vaxtlarda məşğul olub.

O vaxt Korshunov bu müəssisədə marketinq və satış üzrə direktor vəzifəsini tuturdu.

Həmin vaxt Rusiyada çıxan Vedomosti qəzeti yazırdı ki, ABŞ-dan əldə edilmiş informasiyadan Rusiyanın PD-14 aviasiya mühərrikinin tikintisində istifadə olunmalı idi.

Korshunov-un ekstradisiyasını Rusiya da tələb edir. Moskva onu mənimsəmədə və oğurluqda ittiham edir.

Korshunov-un özü Rusiyaya ekstradisiya olunmaq istəyirdi.

XS
SM
MD
LG