Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Gecə kulubunda baş verən caxnaşmada 6 nəfər ölüb, onlarla adam xəsarət alıb


İtaliyada gecə klubunda baş verən çaxnaşmada xəsarət alanlara yardım göstərilir.
İtaliyada gecə klubunda baş verən çaxnaşmada xəsarət alanlara yardım göstərilir.

Italiyada gecə kulubunda baş verən basa-basda 6 nəfər ölüb, onlarla adam xəsarət alıb.

İnsiden dekabrın 8-nə keçən gecə İtaliyanın şərqindəki “Laterna Azzura” klubunda baş verib.

Xəsarət alanlardan 12-si ağır vəziyyətdədir.

Kulubda reper Sefera Ebbastanın konserti gedirmiş. Zalda azı 1000 nəfər varmış.

Gecə saat 1 radələrində kimsə özünü müdafiə məqsədilə balondan qaz püsgürdəndə çaxnaşma düşüb.

Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları gəlib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya götürülüblər.

Bu ilin iyununda, futbol üzrə Çempionlar liqasının Turində keçirilə final mərhələsinin canlı yayımı zamanı baş verən caxnaşma və basa-basda da 1500 adam xəsarət almışdı.

Finalda İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klubları qarşılaşırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG