Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 12:10

İtaliya alimləri Rusiya vaksininə şübhə edirlər


Bir qrup italiyalı alim Rusiyanın koronavirusa qarşı vaksinin kliniki sınaqlarının məlumatlarından şübhə ifadə edib.

Bu məlumatlar bu yaxınlarda Lancet jurnalında dərc edilmişdi.

İtaliya universitetləri tibb fakültələri professorlarının yazdığı açıq məktubda bildirilir ki, vaksin sınaqlarının nəticələri müxtəlif eksperimentlər zamanı alınmış nəticələrə şübhəli şəkildə bənzəyir.

Alimlər yazırlar ki, vaksin eksperimentlərində iştirak etmiş 9 könüllüdən 9-nun da anticism göstəriciləri tamamilə üst-üstə düşür.

Məktubda bu da deyilir ki, verilən məlumatlar hər hansı birmənalı nəticəyə gəlmək imkanı vermir.

Digər tərəfdən isə məlumatların özü qeyri-təbiiliyi ilə ağlabatan görünmür.

Alimlərin fikrincə ayrı-ayrı könüllülər üçün nəticələr bu qədər oxşar olmamalı idi.

Rusiyanın COVID-19-a qarşı vaksini Səhiyyə Nazirliyinin Qamaleya adına elmi-tədqiqat institutunda hazırlanıb və avqustun 11-də rəsmi qeydiyyatdan keçirilib.

Rusiya rəsmiləri dünyanın ilk COVID-19 vaksininin Rusiyada qeydiyyatydan keçməsini geniş təbliğ edirlər.

Rusiya həkimləri də şübhə edirlər

Məsələ burasındadır ki, bu vaksin kliniki təcrübələrin yalnız iki fazasından keçib. Düya Səhiyyə Təşkilatının (DST) qaydalarına görə istənilən vaksin üç təcrübə fazası keçməlidir.

Lakin göründüyü kimi rəsmi Moskva vaksin yarışında birinci olmağa tələsib.

İndi hətta Rusiyanın özündə də həkimlər bu vaksinə şübhə ilə yanaşdıqlarını bildirirlər.

Moskva təcrübə nəticələrinin mötəbər Lancet jurnalında dərc edilməsini də bu preparartın dünyada qəbul olunması kimi təbliğ edir.

Sentybarın 8-də verilən məlumatlarda deyilir ki, vaksinin ilk partiyası əhaliyə vurulmaq üçün dövriyyəyə buraxılıb.

Vaksinin kütləvi istifadəyə bu ilin oktyabrında buraxılacağı bildirilir.

Hazırda vaksin post-qeydiyyat fazasını keçir. Bu mərhələdə 40 min nəfər iştirak etməlidir.

Bu da xəbər verilir ki, vaksinin ilk sınaqlarında Rusiyanın tanınmış məmurları, o cümlədən müdafiə naziri Sergei Shoigu və Moskva meri Sergei Sobyanın iştirak ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG