Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

İtaliya alimləri koronavirus vaksini yaratdıqlarını deyirlər


İtaliya alimləri insan hüceyrələrində koronavirusu neytrallaşdıran vaksini hazırladıqlarını bildiriblər.

The Independent yazır ki, təcrübələr Romadakı Spallanzani xəstəxanasında keçirilib.

Xəbər verilir ki, siçan orqanizmində yetişdirilən anticismlərin insan hüceyrələrində “işlədiyi” təsdiqlənib.

COVID-19 xəstəliyinin müalicəsinə dair tədqiqatlar aparan Takis şirkətinin baş direktoru Luigi Aurisicchio deyib ki, “bu, namizəd vaksinin sınaqdan çıxarılmasının ən son mərhələsidir”.

Spallanzani xəstəxanası iddia edir ki, onun hazırladığı vaksin dünyada ilkdir və koronavirusun qarşısının alınmasında effektivliyini isbat edib.

Aurisicchio deyib ki, indi təcrübələrin insan üzərində keçirilməsinə hazırlıq gedir və sınaqlara “yaydan sonra” başlanacaq.

O bildirib ki, İtaliya tədqiqatının məhsulu olan bu vaksin tamamilə İtaliya avadanlığı və yenilikçi texnologiyası ilə yaradılıb və bütün dünya üçün nəzərdə tutulub:

“Bu məqsədə çatılması, habelə prosesesin sürətləndirilməsi üçün bizim yerli və beynəlxalq təsisatların və partnyorların dəstəyinə ehtiyacımız var”.

Bircə doza

Aurisicchio-nun sözlərinə görə bu vaksinin bircə dozasından sonra siçanlarda anticism yaranıb.

Xəstəlik virusunun anticismləri insanın həmin xəstəliyə yoluxmasının qarşısını alır.

Aurisicchio deyib ki, italyan alimlər beş namizəd vaksin üzərində işləyiblər və son nəticədə ikisinin üstündə dayanıblar.

Bu da bildirilir ki, namizəd vaksinlər koronavirusun tac çıxıntılarındakı DNT zülal materialının əsasında hazırlanıb. Koronavirus insan hüceyrəsinə bu tac çıxıntılarından istifadə edərək daxil olur.

Növbəti sınaqların keçirilmə vaxtının vaksinin yaratdığı immunitetin zaman müddətindən asılı olacağı bildirilir.

Ötən həftə İngiltərədəki Oksford Universitetinin alimləri bildirmişdilər ki, onların işlədikləri vaksin iyunun ortalarında hazır olacaq.

Universitet bunu da xəbər verib ki, vaksinin istehsalı üçün Britaniya-İsveç əczaçılıq nəhəngi AstraZeneca ilə partnyorluq yaradılıb.

Universitetinin nəzdindəki Jenner İnstitutu vaksinin insan üzərində sınaqlarına ötən ay başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG