Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:06

300 it saxlayan gənc prezidentə nə yazır? [Video]


300 it saxlayan gəncin icra hakimiyyəti ilə savaşı
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

300 it saxlayan gəncin icra hakimiyyəti ilə savaşı

Mərdəkanda bağında 300-ə qədər it saxladığına görə icra başçısının məhkəməyə verdiyi Eldar Mansurov prezdientə teleqram göndərib. O, icra başçısının özünün cəzalandırılmasını istəyir. Bu barədə AzadlıqRadiosuna Eldar Mansurovun oğlu, atasına məxsus bağ evində onunla birlikdə sahibsiz itlər üçün sığınacaq yaratmış Fərid Mansurov danışıb. Onun özü də "Azərbaycan Heyvanların Müdafiəsi" İctimai Birliyinin heyvan haqları üzrə inzibatçısıdır.

Fərid Mansurov deyir ki, atasının teleqramına dərhal reaksiya verilib. Bildirdiyinə görə oktyabrın 1-də Xəzər rayon Məhkəməsində icra başçısının iddiası üzrə qərar elan edilməliydi, ancaq hakim gəlib məhkəmə araşdırmasının yeniləndiyini, Bakı şəhər İcra Hakimiyyətini də prosesə cəlb etdiyini bildirib.

Fərid Mansurovun fikrincə, bu cür gedişat sentyabrın 29-da prezidentə göndərilmiş teleqramın nəticəsi idi:

"Atam orada Xəzər rayonunun icra başçısı Gülağa İslamovun Cinayət Məcəlləsinin 157-ci maddəsilə cəzalandırılması məsələsini qoyub. Çünki sentyabrın 4-də biz evdə olmadan, itlərə qulluq edən könüllüləri hədələyib, bizim mülkiyyətimizə daxil olublar. Xəzər rayon İcra Hakimiyyəti komissiya yaradıb, bizim bağa göndərib. Gələnlər arasında icra hakimiyyətinin, Bakı şəhər Baş Polis İdarəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları olub. Özləri ilə qaynaqçı da gətiriblər ki, qapı açılmasa, özləri zorla sındırsınlar. Faktiki, məhkəmə qərarı olmadan baxış keçirib, akt tərtib ediblər. O akt legitim sayıla bilməz. Əvvəla, icra başçısının komissiya yaratmaq səlahiyyəti yoxdur. İkincisi o akt mülkiyyət hüququ pozulmaqla tərtib edilib".

Buna da bax: Bakıda "heyvan sevgisi"nin iki fərqli üzü...

Bakıda "heyvan sevgisi"nin iki fərqli üzü...
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00

"İcra başçısının tələbi absurddur"

Fərid Mansurovun sözlərinə görə, it saxlamalarına görə atası bundan öncə iki dəfə cərimələnib. Ancaq hər iki halda, məhkəmə cəriməni ləğv edib:

"Bir neçə ay öncə Bakı şəhər Baytarlıq Xidməti 400 manat cərimələmişdi, Xəzər Rayon Məhkəməsində hakim Zeynəb Axundova onu ləğv elədi. Bir müddət öncə Xəzər rayonu, 1-ci polis bölməsi də 200 manat cərimələmişdi, məhkəmə onu da ləğv elədi. İcra başçısı isə məhkəməyə iddia ərizəsində sentyabrın 18-də ləğv olunmuş həmin cərimə məsələsinə istinad edib".

Fərid Mansurov müəyyənləşdirilmiş saydan artıq it saxlamaları haqda deyilənlərlə də razılaşmır. O bildirir ki, Nazirlər Kabinetinin sözügedən qərarı çoxmərtəbəli və çoxmənzilli binalarda yaşayıb ev heyvanı saxlayanlara aiddir. Onların Mərdəkanda yerləşən mülkiyyəti isə bağ evidir:

"İcra başçısının iddia tələbi belədir ki, itlər bizim həyətdən çıxarılsın, atam da ev heyvanı saxlamaq hüququndan məhrum edilsin. Nə qədər absurd tələbdir... İnək, qoyun, at da ev heyvanı sayılır, atama onları saxlamaq da qadağan edilməlidir? Bizim fəaliyyətimiz qətiyyən qanuna zidd deyil", -

"Qonşular şikayət edir"

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov məhkəməyə ərizəsində yazıb ki, Eldar Mansurovun həyətində 300-ə qədər it saxlanmasıyla əlaqədar ətrafda yaşayan qonşular müxtəlif dövlət orqanlarına şikayət ediblər. Onlar səs-küydən və pis qoxudan narazıdılar. İslamovun sözlərinə görə, Eldar Mansurova bununla əlaqədar xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib. Ona görə də İnzibati Xətalar Məcəlləsinin 290.1.3 maddəsi ilə cəzalandırılıb.

İnzibati Xətalar Məcəlləsinin 290.1.3 maddəsində it və pişiklərin müəyyənləşdirilmiş saydan artıq saxlanmasına görə 200 manat cərimə nəzərdə tutulub.

Buna da bax: Bakı Zooloji parkından reportaj

İsti yay günlərində darısqal Bakı Zooloji parkından reportaj
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

XS
SM
MD
LG