Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:20

İsveçrədə "pul yağışı"... Referendum yaxınlaşır


►İsveçrədə yetkinlik yaşına çatan hər bir vətəndaşa ayda 2500 dollar verilə bilər.

İyunun 5-də ölkədə əsas gəlirlə bağlı ümummilli referendum keçiriləcək.

Referendumun keçirilməsini dəstəkləyənlər hökumətin hər bir şəxsə ayda 2500 frank (2520 dollar) pul verməsini istəyirlər.

Təklifə görə, işləyən, lakin bu məbləğdən az pul qazananlara aradakı fərq ödənəcək. Ümumiyyətlə işləməyənlərə isə bu məbləğ tam olaraq ödənəcək.

Bu ödəmənin şərtsiz olması və ondan vergi tutulmaması nəzərdə tutulur.

Qeyd edək ki, vətəndaş qrupları hansısa təşəbbüslə çıxış edib ölkədə referendum keçirilməsinə nail ola bilərlər.

Bu təşəbbüsə qarşı çıxan İsveçrə hökuməti deyir ki, bu ödəmələri həyata keçirə bilmək üçün o, ildə 25 milyard frank tapmalıdır. Hökumət bildirir ki, büdcəyə bu məbləği cəlb etmək üçün yeni vergilərin tətbiqi, yaxud xərclərin azaldılması iqtisadiyyata ziyan vurardı.

Təşəbbüsün tərəfdarları isə deyirlər ki, İsveçrə zəngin ölkədir və bu addımı ata bilər. Onlar iddia edirlər ki, yüz minlərlə isveçrəlinin texnologiyanın inkişafı səbəbindən iş yerlərini itirmək təhlükəsi ilə üz-üzə olduğu indiki şəraitdə əsas gəlirin tətbiq olunması insanların sosial təhlükəsizliyini artırardı.

____________________________________________________________

Bunlara da bax:
Xədicə azadlıqda (Video)
London Azərbaycan kleptokratiyasına necə kömək edir

____________________________________________________________

Onlar həm də iddia edirlər ki, bu addım sahibkarlığı da dəstəkləyəcək.

Bir çox ölkələrdən fərqli olaraq İsveçrədə minimal əməkhaqqı mövcud deyil.

Rəy sorğuları seçicilərin yalnız 40%-nin bu təşəbbüsü dəstəkləyəcəyini göstərir. Ancaq hətta çoxluq bu təşəbbüsü dəstəkləsə belə, 2500 frank ölkədəki yoxsulluq həddindən (2219 frank) çox az fərqlənəcək, orta aylıq maaşdan (6427 frank) isə çox az olacaq.

İsveçrəlilərin əksəriyyəti hətta hər adama ayda 2500 frank ödəniləcəyi təqdirdə belə işləməyə davam edəcəyini bildirib. Rəyi soruşulanların yalnız 10%-i iş yerlərini tərk edəcəyini bildirib.

Respondentlərin yarıdan bir qədər çoxu bu gəlirdən istifadə edərək ailələrinə və oxumağa daha çox vaxt sərf edəcəyini deyib. 40% isə daha çox könüllü fəaliyyətlə məşğul olacağını deyib.

İsveçrədə əsas gəlir ideyasını ortaya qoyan ilk ölkə deyil. Fİnlandiya da bütün sosial güzəştləri ləğv edərək adambaşına ildə 10000 dollar ödəmək barədə düşünür. Bununla bağlı pilot proqram gələn ilin əvvəlində başlayacaq. Belə ki, təqribən 10000 fin iki il ərzində hökumətdən ayda 550 avro alacaq.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (25 may)

Xədicə İsmayıl: “Daha gəncəm”
Günün əsas hadisələri AzadlıqLive proqramında (25 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (25 may)

Abid Şərifov: “Sovetskidəki binaların tarixi əhəmiyyəti yoxdur”
Xədicə: "Qaldığım yerdən davam edəcəm"
Gözlə

No media source currently available

0:00 0:16:57 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG