Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:28

İsveçin ən gənc və ilk müsəlman qadın naziri içkiyə görə istefa verib


Aida Hadzialic
Aida Hadzialic

İsveçin indiyədək ən gənc naziri Aida Hadzialic avtomobili içkili vəziyyətdə idarə edərkən tutulduqdan sonra istefa verib.

29 yaşlı Bosniya müsəlmanı xanım Hadzialic hökumətdə təhsil naziri vəzifəsini tuturdu.

İsveçin həm də ilk müsəlman naziri olan Hadzialic deyib ki, hadisə onun həyatında “ən böyük səhv” olub.

İsveçin həm də ilk müsəlman naziri olan Hadzialic deyib ki, hadisə onun həyatında “ən böyük səhv” olub

İsveçrəyə ailəsi ilə birlikdə 5 yaşındaykən gəlmiş Hadzialic Danimarka və İsveç arasındakı körpü üzərində polis tərəfindən saxlanmazdan əvvəl iki qədəh şərab içibmiş, halbuki maşın sürmək üçün icazəli norma 1 qədəhdir.

Onun qanında aşkar edilən alkoqolun miqdarı hər litrə 0, 2 qramdan çox olub və indi keçmiş nazir 6 aylıq həbsxana cəzası ilə üzləşə bilər.

O etiraf edib ki, həmin axşam Kopenhagendə gecə gəzintisi zamanı bir qədəh qazlı şərab və bir qədəh də qırmızı şərab içibmiş.

O bundan dörd saat sonra öz avtomobilində İsveçin cənubundakı Malmö şəhərinə yollanıb.

Hadzialic belə zənn edib ki, dörd saat spirtin sorulub getməsi üçün kifayət edəcək.

O əgər Maltada nazir olsaydı

Media yazır ki, xanım Aida Hadzialic Britaniyada, Maltada və ya ABŞ-da nazir olsaydı vəzifəsindən getməzdi. Bu ölkələrdə spirtin sürücülər üçün qandakı limiti hər litrə 0,8 qramdır.

Ona əksər Avropa ölkələrində də, məsələn Almaniya, Fransa, İtaliya və İspaniyada da ilişməzdilər, çünki oralarda norma 0, 5 qramdır.

İsveç Avropanın sürücülər üçün ən aşağı alkoqol limitinə (0, 2 qram) malik olan nadir ölkələrindəndir.

Çexiyada, Macarıstanda, Rumıniya və Slovakiyada avtomobili idarə edərkən ümumiyyətlə spirtli içkilər qəbul etmək olmaz.

Müqayisə üçün demək olar ki, məsələn qanın hər litrində 0, 5 qram spirti aşmamaq istəyənlər 1 kiçik parç pivə və bir böyük qədəh şərabdan çox içməməlidirlər.

Qadınlar isə kiçik şərab qədəhi ilə kifayətlənməlidirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG