Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Sentyabr, çərşənbə, Bakı vaxtı 20:32

İsveç İranda kütləvi edamlarda şübhəli bilinən şəxsi saxlayıb


İran siyasi mühacirlərinin Vaşinqtonda Konqresin qarşısında təşkil etdikləri aksiyalardan birində

İsveçdə İranda 1980-ci illərin axırlarında bəşəriyyətə qarşı cinayətlərdə və qətldə şübhəli bilinən İran vətəndaşı saxlanıb.

İsveç prokuroru Karolina Wieslander noyabrın 13-də deyib ki, adı çəkilməyən bu şəxs 1988-ci ilin 28 iyulu ilə 31 avqustu arasında cinayətlər törətməkdə şübhəli bilinir.

Prokuror təfərrüatlara varmayıb.

Lakin sözü gedən şəxsin vəkili Lars Hultgren İsveçin TT deyib ki, onun müştərisi təqsirsiz olduğunda israr edir və əslıində “səhvən həbs olunub”.

58 yaşı olan bu şəxs noyabrın 9-da Stokholm beynəlxalq hava limanında həbs edilib.

İsveçdə mənzillənmiş fəal Iraj Mesdaghi və insan haqları müdafiəçisi Kaveh Moussavi AzadlıqRadiosuna deyiblər ki, onlarda sözü gedən şəxsin vaxtilə Tehran yaxınlığında, Kərəc şəhərindəki Gövhərdəşt həbsxanasında hakim işlədiyinə dair sənədlər var.

Onlar iddia edirlər ki, bu şəxs 1988-ci ildə İranda siyasi məhbusların kütləvi edamlarında iştirak edib.

Həmin dövrdə minlərlə Mücahedine Xəlq Təşkilatı fəalının, solçu qrup üzvlərinin, tələbələrin və başqalarının İran həbsxanalarında kütləvi edam olunduğu məlumdur.

Amnesty International təşkilatı bu edamları “siyasi müxalifətin koordinasiyalı ləğvi” adlandırmışdı.

O vaxtdan bəri, xüsusilə də xaricdə olan İran insan haqları fəalları bu edamların iştirakçısı olmuş İran rəsmilərinin ədalət qarşısına gətirilməsinə çalışırlar.

XS
SM
MD
LG