Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

İsveç bundan sonra Belarusa ‘Ağ Rusiya’ deməyəcək


Belarusun olimpiya komandası
Belarusun olimpiya komandası

İsveç hökuməti bəyan edib ki, bundan sonra rəsmi sənədlərdə Belarusu - Vitryssland (Ağ Rusiya) yox, elə Belarus adlandıracaq.

Bu barədə məlumatı İsveçin xarici işlər naziri Ann Linde “Dagens Nyheter” məcmuəsində dərc edilmiş məqaləsində verib.

Bu xəbəri Belarusun İsveçdəki səfiri Dmitry Mirochnik də təsdiq edib.

Nazir yazır ki, İsveçin bu addımı “Belarus vətəndaş cəmiyyətinin və adamlarının tanınması deməkdir. Onlar çoxdan bəri idi ki, öz milli kimliklərini və ölkələrinin suverenliyini vurğulamaq istəyidilər”.

Xanım Lindenin sözlərinə görə İsveç Rusiya (Ryssland) ilə heç bir assosiasiyanın yaranmaması naminə “Ağ Rusiya” söz birləşməsindən imtina edir.

İsveç XİN bildirir ki, bundan əvvəl ingilis və fransız dillərində də müvafiq dəyişiklik edilmişdi.

Lakin Norveç, Finlandiya, Baltika ölkələri, habelə Macarıstan, Avstriya, İsveçrə, Almaniya, Belçika, Niderland, Yunanıstan, Türkiyə, Danimarka və İslandiya hələ də Belarusu öz dillərində “Ağ Rusiya” adlandırırlar.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin rusların və belarusların eyni millət olduqlarını tez-tez vurğulayır.

Putin “iki dövlət bir millət” formulunu işlədir.

Putinin bu sözlərinə Belarusun prezidenti Alyaksandr Lukashenka bir qayda olaraq “belarus keyfiyyət nişanı olan rus deməkdir” ifadəsi ilə dəstək verir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG