Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:16

Maliyyə Nazirliyi istiqrazların gəlir dərəcəsini artırdı


Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi

Avqustun 2-də Bakı Fond Birjasında (BFB-də) üçaylıq dövlət istiqrazlarının satış hərracında maraqlı anlar yaşanıb. Maliyyə Nazirliyi hələ 20 gün öncə eyni dövriyyə müddətli istiqrazların illik gəlirliyini 3-4 faiz qaldırmaqla onlara marağı artırmağı planlaşdırmışdı.

BFB-nin açıqlamasına görə, 20 milyon manatlıq qiymətli kağızın alınmasına 5 investor 16 fərqli sifariş təqdim edib. Sifarişlərinin toplam məbləği təklifi 15.4 milyon manat üstələyib.

BUNUNLA BELƏ, HÖKUMƏT...

Hökumət hərraca çıxardığı istiqrazların heç də hamısını satmağa nail olmayıb. Səbəb – bir çox investorun qiymətli kağızları daha ucuz almaq istəyidir.

Təqdim olunan sifarişlərdə investorlar bir ədəd 100 manatlıq istiqraza 96 manat 44 qəpikdən 98 manat 17 qəpiyədək pul ödəməyə hazır olduğunu bildirmişdilər. Di gəl, Maliyyə Nazirliyi investorların bu iştahını tam təmin etməyib.

Nəticədə istiqrazların nominal qiymətlə satılan həcmi 15.2 milyon manata yaxın olub. Başqa sözlə, 4.8 milyon manatlıq qiymətli kağız satılmamış qalıb.

Buna da bax - İstiqrazların «sovet» xofu...

BFB-nin məlumatında deyilir ki, 3 ay keçəndən sonra hökumət istiqrazların bir hissəsinə illik 11 faiz, bir hissəsinə də 8.45 faiz gəlir ödəyəcək.

İyulun 12-də keçirilən hərracda Maliyyə Nazirliyi 10 milyon manatlıq istiqraz satmış, investorlara 5.51 faizdən 6.06 faizədək gəlir vəd etmişdi.

EKSPERTLƏRİN FİKRİNCƏ...

Ekspertlər deyirlər ki, istiqrazların gəlirliyindəki «titrəyişlər» maliyyə bazarında baş verən proseslərdən qaynaqlanır. Bir tərəfdən, banklar artan dollar tələbini qarşılamaq üçün bazara böyük həcmdə manat çıxarır, digər tərəfdən, manat likvidliyi problemi ilə üzləşir.

Bazar tələbatı baxımından, istiqrazlar üzrə gəlirlilik bank depoziti üzrə faiz gəlirindən bütün hallarda aşağı olmalıdır. Maliyyə Nazirliyi isə bu amildən yararlanaraq, mümkün olduqca, investorlara «oyun şərtlərini» diqtə etməyə çalışır. İstiqraz bazarında əsas iştirakçılarsa banklardır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG