Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Qızmar havada adamları niyə işlədirlər?


Həbsxana sorağı: Qızmar istidə elektrik də kəsilir?
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Həbsxana sorağı: Qızmar istidə elektrik də kəsilir?

120 ilin rekord istisində, camaatı al günün altında işlədənlər kimlərdir? Əmək Məcəlləsinə görə, temperatur 41 dərəcəni keçərsə, açıq havada iş dayandırılmalıdır.

Bir sosial media istifadəçisi iyulun 1-də, temperatur 43-44 dərəcə olanda Bakı-Sumqayıt yolundə təmir işlərinin getdiyini videoya çəkib,

Kadrlatdan görünür ki iş dayanmayıb, adamlar açıq havada işləyir. Təmiri Azəryolservis aparır. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, onlar açıq havada fəhlələri işlətmirlər:

“Orda fasilələr verilir. Saat 12-dən 4-ə qədər. Üstəlik, orda açıq havada işləmirlər, texnikanın içində işləyirlər”.

Bəs Azəryolservis zəmanət verirmi ki, qızmar günəş bu işçilərin səhhətində iz buraxmayacaq. Anar Nəcəfli deyir ki, işçilərin səhhəti qurum üçün vacibdir və onların sağlamlığının təmin olunması üçün hər cür tədbirləri görürlər.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, Əmək Məcəlləsinə görə, istidə, havanın temperaturunu süni surətdə tənzimləmək mümkün olmayan yerlərdə, o cümlədən, açıq yerlərdə, günün hansısa hissəsində temperatur 41 dərəcəni keçərsə, onda iş mütləq dayandırılmalıdır:

“Nazirlik də xəbərdarlıq da etmişdi ki, işləmək düz deyil. Amma dünən heç xəbərdarlığı da gözləmək düz deyildi, dünənki hava pis idi, o havada işçini işlətmək düz deyil, ən azı saat 14-17 arası işlətmək düz deyil.

Sahib Məmmədov deyir ki, işin dayandırılması mümkün deyilsə, işəgötürən başqa tədbirlər görməlidir ki, işçiləri gün vurmasın: açıq havada çətirlər quraşdırıla, sərinləşdirici içkilər paylanıla, tez-tez fasilələr elan oluna bilər.

Müxbirlərimiz iyunun 29-da, Bakının mərkəzində, günün altında işləyən başqa şəxslərlə də söhbət ediblər.

-Saat 2-dir, niyə işləyirsiz?

-İndi bizim yarımçıq işimiz var, qurtarıb gedirik evə

Səhər tez gəlirik ki, bitirib gedək evə tez.

İstiyə dözməyib xəstəxanaya düşənlər var.

APA xəbər agentliyi yazır ki, iyulun 1-ə Bakı Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə 49 nəfər müraciət edib, onlardan 28-i xəstəxanada yatır.

Tibb professoru Adil Qeybulla deyir ki, qızmar günəş altında çalışmaq insan səhhətinə ziyandır:

“Belə situasiyalarda hətta qoruyucu kostyum, digər qoruyucu vasitələr kömək etmir, çünki gündən qorunmaq olsa da, istidən qorunmaq mümkün deyil. Havada olan həddən artıq rütubət dərinin nəfəs almasının qarşısını alır, tənəffüs yollarında diffuziyanın qarşısını alır, qanın laxtalanması artır, qısa müddətdə ağır situasiya yarana bilər”.

Aran rayonu olan İmişlidə ot daşıyan bir kəndli deyir ki, hava isti olanda da işi dayandırmırlar. Onlar bütün günü işə görə, 15 manat aldıqlarını deyirlər:

“Mənim istiyə dözümüm var. Mən dözümlüyəm.

İmişlidə bir pambıq sahəsindən bildiriblər ki, gündüz saat 12-dən 4-ə qədər iş dayandırılıb.

Bakıda 40 dərəcədən yuxarı istidə işləyənlər danışır
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Əmək Məcəlləsinin necə icra olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi nəzarət edir.

Nazirliyin mətbuat xidmətindən ötən həftəsonu AzadlıqRadiosuna deyiblər ki, əgər pis hava şəraitinin pozulması ilə bağlı şikayət olarsa və təsdiqini taparsa, işəgötürəni 1000 manatdan 2000 manata qədər cərimə gözləyir. Amma Nazirlikdən hələlik qızmar günəş altında fəhlələri işlətdiyinə görə kimlərinsə cəzalandırıldığı barədə bir məlumat verməyib.

İyulun 3-də və 4-də Bakıda 40-42 dərəcə isti gözlənilir.

Azərbaycanda əmək hüquqlarının pozulması ilə bağlı başqa şikayətlər də edilir.

Xüsusilə də əmək müqavilələrinin bağlanmaması, qarşılığı ödənilməyən uzun iş saatları və sair.

XS
SM
MD
LG