Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

‘İstək’ liseyi ilə bağlı valideyn və şagirdlər narazılıq edir-Yenilənir


"İstək" liseyinin bağlanmasına etiraz, 7 iyul 2018
"İstək" liseyinin bağlanmasına etiraz, 7 iyul 2018

Bu gün, iyulun 7-də fəaliyyətinin dayandırıldığı bildirilən “ İstək” liseylər şəbəkəsinin binası qarşısında aksiya keçirilib.

Aksiya iştirakçıları həmin liseylərdə təhsil alan uşaqların valideynləri olublar. Onlar mərkəzin fəaliyyətini dayandırmasına etiraz edərək, övladlarının gələcək taleyinə aydınlıq gətirilməsini istəyiblər.

Valideynlərin deməsinə görə, onlar ancaq söz olaraq eşidiblər ki, liseylər maliyyə çatışmazlığı yaşayır və fəaliyyətlərini buna gərə dayandırıb.

"İstək" liseyinin qarşısı, 7 iyul 2018
"İstək" liseyinin qarşısı, 7 iyul 2018

“Əgər Baş İdarə buna aydınlıq gətriməsə biz övladlarımızın təhslinin davamının necə olacağını müəyyən etmək üçün Prezident Administrasiyası önünə gedəcəyik” , valideynlərdən biri bildirib.

Valideynlər Prezident Administrasiyası qarşısında

Bundan sonra narazı valideyinlər Prezident Administrasiyasına da üz tutublar. Onların bir qrupu qəbul edilib. Bu barədə valdeynlərdən biri bildirib.

Onun sözlərinə görə, PA-da liseylərin fəaliyyətini dayndırmasına aydınlıq gəlməyib:

“Amma prezident İlahm Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın adına müraciət imzaladıq. Onlardan bu liseylərin fəaliyyətini daydırmasına mane olmalarını xahş etdik”.

Valideynlər daha sonra Təhsil Nazirliyinə gedəcəklərini və nazir Ceyhun Məmmədovla görüşməyə çalışacaqlarını bildiriblər.

Liseylərdə təhsil ödənişli olub. Valideyinlər liseylərin rəhbərliyi ilə də görüşüblər. Rəhbərliyin aksiya iştirakçılarına deməsinə görə, bağlanma qərarı onlardan da ötrü gözlənilməz olub. Ancaq valideynlərin israrına baxmayaraq rəhbərlik təsisçinin adını açıqlamayıb, bunu bilmədiklərini söyləyiblər.

“Azərbaycanda fəaliyyət göstərən “İstək” liseyləri fəaliyyətini dayandırıb, amma rəsmi məlumat omadığı üçün rəsmi məlumat verə bilmirik”.

Bunu isə “İstək” liseyləri Baş İdarəsindən bildiriblər.

Üstəlik, “Azərbaycanda “İstək”liseylər şəbəkəsinə neçə lisey daxildir” sualı da cavablandırılmayıb.

Narazılar Təhsil Nazirliyi qarşısında

Prezident Administrasiyasından çıxan narazı valideynlər Təhsil Nazirliyi qarşısında olublar.

Valideynlərdən birinin dediyib:

"Biz məsələnin maliyyələşmə ilə bağlı deyil. Biz məktəbdən, rəhbərlikdən çox razıyıq. Təsisçi kimdir bunu tapa bilmirik, bunu üzə çıxarmırlar. 3 min şagir, 300 müəllim var hamını atırlar çölə. Gedən vaqonun qarşısını almaqdan başqa bir şey deyil. Bu bağaza deyil ki, işlədiyi yerdən bağlayasan. Mən market işlətmişəm, bağlayanda bir ay haqq-hesab aparmışam. Ümid edir ki, Təhsil nazirimiz bizim səsimizi eşidər. Problem yoluna qoyular. Amma indi istəyirik ki, bizə vəziyyət barədə tez açıqlama verilsin. Bu liseylər Zərifə Əliyevanın adını daşıyanda çox rahat olduq, indi nə baş verir bilmirik".

Valideyinlərin dediyinə görə, maliyyə problemi ilə bağlı deyilənlər doğru deyil.

"Burada maliyyə məsələsi yoxdur, nə məsələdir biz bilmirik, nə etmək istəyirlər məlum deyil. Bu məktəbin, Zərifə Əliyeva adına məktəblərin bağlanması Prezident İlham Əliyevə xəayanətdir"

Təhsil Nazirliyində deyilənlər

Təhsil Nazirliyində qəbuldan çıxanlar kameraya danışmayıblar. Onların deməsinə görə, Təhsil Nazirliyindən bildiriblər ki, liseyləri təsisçi bağlamaq istəyir. Ancaq təsisçinin adı açıqlanmır.
Qəbuldan çıxanların sözlərinə görə, nazirlikdən habelə vurğulayıblar ki, şagirdləri başqa məktəblərlə təmin edə bilərlər.

Reyhan Camalova bu liseydə oxuyub

“İstək” liseyinin adı ötən ilin noyabrında Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində də çəkilmişdi. Həmin sammitdə litseyin 9-cu sinif şagirdi Reyhan Camalovanın yağışdan elektrik enerjisi əldə etmək məqsədi ilə hazırladığı qurğu-modelin layihəsi nümayiş etdirilmişdi və şagirdə ABŞ prezidenti Donald Trumpın qızı mükafat vermişdi.

Bu liseyin əvvəllər “Dədə Qorqud” adını daşıdığı bildirilir.

"İstək" liseyi, 7 iyul 2018
"İstək" liseyi, 7 iyul 2018

Xatırlatma

2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi baş vermişdi. Bu hadisəsinin Azərbaycana da müəyyən təsirlər göstərdiyi bildirilir.
Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fetullah Guleni dövlət çevrilişinə cəhdi himayə etməkdi günahlandırır. Hərçənd, onun özü bunu yalanlayır.

Həmin hadisələrdən sonra Azərbaycanda "Zaman" qəzetinin və "Qafqaz" Universitetinin fəaliyyəti dayandırıldı. Yerli mətbuat baş verənləri həm qəzet, həm də unversitet təmsilçilərinin Fetullah Gulenə yaxınlığı ilə izah edirdilər. Mətbuatda yer alan fikirlərə görə, məhz Türkiyə hökumətinin istəyi ilə bu addımlar atılmışdı.
İndi də “ İstək” Liseylər Şəbəkəsi ətrafında baş verən proseslərə də 2016- cı ildə qeyd edilən hadisələrinin davamı kimi baxanlar var.

Ancaq istər lisey rəhbərliyindən, istərsə də Təhsil Nazirliyindən bu deyilənlər hər hansı formada təsdiq edilməyib.

XS
SM
MD
LG