Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:12

Ekrem İmamoglu irəlidədi, rəqibi Binali Yildırım onu təbrik etdi


TURKEY -- Turkey's main opposition party CHP candidate Ekrem Imamoglu, who claimed victory as Istanbul mayor, gestures as he speaks during a press conference at the CHP's Election Coordination Centre in Istanbul, April 3, 2019
TURKEY -- Turkey's main opposition party CHP candidate Ekrem Imamoglu, who claimed victory as Istanbul mayor, gestures as he speaks during a press conference at the CHP's Election Coordination Centre in Istanbul, April 3, 2019

Hakim AKP partiyasından İstanbul bələdiyyə başqanlığına namizəd Binali Yıldırım rəqibi, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının namizədi Ekrem İmamoglunu irəlidə olması münasibəti ilə təbrik edib.

Məlumata görə, seçki qutularının 70 faizinin sayılmas İmamoğlunun irəlidə olduğunu göstərir.

Anadolu ajansı da Ekrem İmamoglunun irəlidə olduğunu xəbər verir.

--

İunun 23-də Türkiyənin ən böyük şəhəri İstanbulda bələdiyyə başqanlığına keçirilən təkrar seçki sona yetib.

Artıq seçki məntəqələri bağlanıb və səslərin hesablanması gedir.

Yaxın saatlarda ilkin nəticələr bəlli olmalıdır.

--

Artıq bələdiyyə başqanlığına namizədlər Binali Yıldırım və Ekrem İmamoglu səs veriblər.

Bu barədə Reuters agentliyi xəbər verir.

Həmçinin prezident Racep Tayyip Erdoganın artıq səs verdiyi bildirilir.

--

Bu gün, iyunun 23-də Türkiyənin birinci böyük şəhəri olan İstanbulda təkrar bələdiyyə başqanı seçkisi start götürüb.

Burada əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyasından namizəd Binəli Yıldırım ilə müxaliftəçi Xalq Cumhuriyyət Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedəcəyi bildirilir.

Bu il martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.

Həmin seçkidə Əkrəm İmamoğlunun təqribən 13 min səs fərqi ilə seçkini udduğu açıqlanıb.O hətta 18 gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri kimi də fəaliyyət göstərib.

Amma hakim partiyanın şikayətinə əsasən İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanlığına seçkinin nəticələri ləğv edilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanlığına ümumilkdə 20 civarında namizəd var.

İstanbulda 10 milyondan çox seçicinin olduğu bildirilir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG