Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:24

'İstanbul gecə cəhənnəmi xatırladırdı'


İstanbulda partlayış, 10 dekabr 2016
İstanbulda partlayış, 10 dekabr 2016

"Elə bil cəhənnəm idi. Alovlar göy üzünə qədər yayılmışdı".

İstanbulda partlayış vaxtı hadisə yerində olan şahidlərdən biri dəhşətli mənzərəni Reuters agentliyinə belə təsvir edib.

Dekabrın 10-da İstanbulun mərkəzindəki Beşiktaş səmtində bir-birinin ardınca iki partlayış olub. Partlayışda 38 nəfər ölüb, 150-dən çox yaralı var.

Partlayışdan sonra yaralıların gətirildiyi Şişli Etfal xəstəxanasının qarşısında yaxınları narahatlıqla yaralıların durumunun necə olacağını gözləyir. Yaralılardan 14-nün durumu ağırdır. Polis əlindəki siyahıya baxıb kiminsə adını çəkən kimi yaralıları yaxınlarıvə doğmasını yaralılar arasında axtaranlaronun başına yığışır. Bir nəfər ona gələ telefon zənginə ümidsizliklə "hələ də gözləyirəm, bir xəbər yoxdur" cavabı verir.

İstanbulda partlayış
İstanbulda partlayış

Doğmalarının xəstəxanada olduğunu öyrənənlərsə daha çox bilgi almaq üçün içəri keçməyə cəhd edir. Axtarışları boşa çıxanlasa digər xəstəxanaların yolunu tutur.

Partlayışda həlak olanlardan 31-i polisdir. Həlak olan polislərdən biri Okan Doğan subaymış, ailəsində tək oğul övladı olub. İki ildir İstanbulda polis işləyirmiş. 21 yaşlı Durmuş Öcal isə 5 ay əvvəl polisdə çalışmağa başlayıbmış.

Həlak olan polislərdən bir neçəsi dekabrın 11-də dəfn edilib.

Türkiyə nə zaman gələcəklə bağlı önəmli bir addım atsa..

"Türkiyə nə zaman gələcəklə bağlı önəmli bir addım atsa, buna terror qruplarının əliylə qan, can, vəhşət və xaos cavabı gəlir. Son illər dəfələrlə yaşadığımız alçaq terror hücumları ilə heç nəyə nail ola bilməyəcəklər ".

Recep Tayyip Erdogan, Istanbul, 23 noyabr 2016
Recep Tayyip Erdogan, Istanbul, 23 noyabr 2016

Türkiyə prezidenti Recep Tayyip Erdoğan terror aktına münasibətini belə bildirib.

Prezident deyib ki, terrorla mübarizə aparan Türkiyənin və türk millətinin yanında olmaq əvəzinə terror qruplarını və terrorçuları dəstəkləməyi seçən ölkələrin bu hadisədən sonra fərqli davranmalarını gözləmirik.

Prezident ölkəsində baş verənlərə görə Qazaxıstana olan səfərini təxirə salıb.

Terrordan sonra Türkiyədə bir günlük matəm elan olunub, bayraqlar yarıya endirilib.

Beşiktaş Vodafone Arena stadionu-nun qarşısında baş verən partlayış Beşiktaş futbol klubunun canlı yayımında da əks olunub. Partlayış baş verən zaman canlı yayım kəsilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG