Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 03:45

İstanbul polisi iki qadını güllələdi- [Video]


İstanbulda polisə hücum
İstanbulda polisə hücum

-

İstanbulun ətrafında polis maşınına hücum edən iki qadın güllələnib.

CNN Türkün məlumatına görə insident martın 3-də baş verib.

Qadınlar Bayrampaşa rayonunda hücumdan sonra binalardan birində mühasirədə imişlər.

Avtobus polis məntəqəsinə yaxınlaşanda onlardan biri əl qumbarası atıb, ikincisi isə atəş açmağa başlayıb.

Cavab atəşi ilə qadınlardan biri yaralanıb və onlar mühasirəyə düşüblər.

Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib, ətraf binalardan sakinlər köçürülüb.

Qeyd edək ki, PKK ötən ilin iyulunda hökumətlə atəşkəs sazişindən çıxdıqdan sonra Türkiyənin cənub-şərqi və ölkənin digər yerlərində təhlükəsizlik qüvvələrinə hücumların sayı artıb.

XS
SM
MD
LG