Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 12:34

İstanbulun gecə klubuna hücumla bağlı iki çinli tutulub


Istanbul, Yeni il gecəsi gecə klubunda qətlə yetirilənlərin xatirəsi anılır, 3 yanvar 2017

İstanbulda gecə klubundakı hücuma görə iki uyğur həbs olunub

Anadolu xəbər agentliyi bildirir ki, Omar Asim və Abuliezi Abuduhamiti 39 adamın ölümünə səbəb olan terroru planlaşdırmaqda ittiham edilirlər.

Turkiyə hakimiyyət orqanları ötən həftə deyib ki, gecə klubundakı qətliamı törədən şəxsin uyğur əsilli olması güman edilir.

Anadolu bu olayla bağlı 35 adamın həbs edildiyini xəbər verir.

Çində yaşayan uyğurlar türk mənşəli və müsəlman dininə mənsubdurlar.

Özünü İslam dövləti adlandıran qrup hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb, bildirib ki, bu, Türkiyə hərbisinin Suriyaya girməsinə cavabdır.

XS
SM
MD
LG