Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 22:58

Valideynlərə yük olan gənclər artır


İllüstrasiya
İllüstrasiya

►“Son bir ayda 7 bank bağlanıb. Bu banklarda da gənclik kateqoriyasından azı 2 min adam çalışırdı. Onlar da işsizə çevrildilər”

Mehdi Quluzadə Tibb Universitetini bitirib. İxtisasca kardioloq həkimdir. Ancaq universiteti bitirdiyi beş il ərzində heç vaxt əyninə sevdiyi ağ xalatını geyinməyib, çünki iş tapa bilməyib. İndi gündüz şəhərdəki restoranların birində qarson, axşam isə məktəbdə qarovulçu işləyir:

“Mənim kimilərə “gənc kadr” deyirlər, elədir? Bəs, niyə ixtisasıma görə iş tapmıram? Əvvəl restoranda işləyəndə utanırdım. İndi isə ancaq pul yığıb ölkədən getmək haqqında düşünürəm”.

Gənclər günündə söhbət elədiyimiz başqa gənclər də ən çox işsizlikdən danışdılar. İşin olmamamasından, olanların da maaşının azlığından gileyləndilər: (Ardı aşağıda)

İstanbulun İkitelli səmtinə məskunlaşan naxçıvanlılar
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

Buna da bax: Adını “bank” qoymusansa...

“İş yerləri də bağlanır, hardan iş tapacağıq?”

- Bir neçə dəfə əmək yarmarkalarına da getmişəm. Ancaq boş şeydir, adımı, telefonumu yazdılar, çağırmadılar.

- Mənim kimi gənclərin çoxu işsizdir. İşləyənlərin də maaşı çox aşağıdır.

- Şəxsən mən illərdir valideynlərimə yük olmaqdan yorulmuşam. Düzdür, tələbəyəm. Ancaq dükanda da olsa, işləmək istəyirəm, işə götürən isə yoxdur.

- Ali təhsilli mühəndisəm. Tikintidə işləyirəm. Qorxuram bu işimi də itirəm.

- İş deməyin, olanlar da bağlanır, hardan iş tapacağıq? (gülür)

“Gənclər arasında işsizlərin sayı 11,9 faizdən 9,7 faizə düşüb”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, son 5 ildə 15-29 yaşlı gənclər arasında işsizlərin sayı 11,9 faizdən 9,7 faizə qədər azalıb. İşsilik probleminin həll olunması üçün layihələr hazırlanır.

Ancaq “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli bu rəqəmlərin rəsmi qeydə alınan işsizlərin sayını göstərdiyini vurğulayır. Real statistika isə bundan azı 10 dəfə çoxdur:

“Xüsusilə, ikinci devalvasiyadan sonra işsizlik lap çoxaldı. Adi bir fakt. Son bir ayda 7 bank bağlanıb. Bu banklarda da gənclik kateqoriyasından azı 2 min adam çalışırdı. Onlar da işsizə çevrildilər. Tikinti bumu zamanı işsizlərin çoxu tikintidə işləyirdi. İndi əksər tikintilər dayanıb, orda işləyənlər də işsizlər qrupuna daxil olub. Ya da xidmət sektorunda nə qədər iş yeri bağlanıb. Həm ali təhsilli gənclər, həm də dövlət sifarişi ilə təhsil alanlar işlə təmin oluna bilmir. Orta təhsilli işsizlər isə daha çoxdur”. (Ardı aşağıda)

Qarabağ müharibəsi veteranı ilə əsirlikdə olan qadının həyat dramı
Gözlə

No media source currently available

0:00 0:06:00 0:00

Buna da bax: "Kiçik ölkədə bu qədər məmura ehtiyac yoxdur"

İşsiz gənclər ata-anaya sığınır

Ekspert deyir ki, get-gedə gənclər daha çox valideynlərinə yük olur:

“Əgər burda iş tapmayanlar əvvəllər Rusiyaya üz tuturdusa, indi Rusiyada da işsizlik mühiti pisləşib. Əmək miqrantlarını qəbul etmək gücündə deyil”.

Dövlət Məşğulluq Xidmətindən isə bildirdilər ki, iş axtaranlara kömək edirlər, gənclərin peşə seçiminə kömək məqsədilə peşəyönümünün təşkili ilə məşğul olurlar. Əmək yarmarkaları keçirirlər, əmək birjaları vasitəsilə işsizlərin müvəqqəti məşğulluğunu təşkil edirlər.

Mehdi Quluzadə isə israrla söyləyir ki, işlədiyi iki yerin cüzi maaaşını toplayıb tezliklə ölkədən gedəcək:

“Oxuyacağam, imkan olsa, elə həmin ölkədə iş tapıb qalacağam”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG