Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:47

İsrailin Ukraynaya İran dronları haqda məlumatları ötürdüyü deyilir -Qərb mediası


Bunu adı çəkilməyən Ukrayna məmuruna istinadən The New York Times qəzeti yazıb

İsrail İranın Şahed-136 dronları ilə mübarizə üçün zəruri kəşfiyyat məlumatlarını Ukraynaya ötürüb.

Bunu adı çəkilməyən Ukrayna məmuruna istinadən The New York Times qəzeti yazıb.

Həmin məmur bildirib ki, İsrailin təqdim etdiyi bu məlumatlar İran istehsalı olan dronların nişan alınması üçün istifadə olunacaq.

Nə İsrail, nə də Ukrayna bu xəbəri rəsmən təsdiqləməyiblər.

Ötən həftə Ukrayna hökuməti İsraildən hava hücumundan müdafiə sistemləri istəmişdi.

Kiyev bildirirdi ki, bu sistemlər ona, İsrailə də düşmən olan İran dronlarının vurulması üçün lazımdır.

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Geran 2 elə Şahed-136-dır

İsrailin müdafiə naziri Benni Qantz bildirmişdi ki, onun ölkəsi bu ricanı icra edə bilməyəcək.

Bunun əvəzində İsrail Ukraynaya hava hücumu zamanı erkən xəbərdarlıq sistemləri verəcəyini vəd etmişdi.

Britaniyada mənzillənmiş “Suriya İnsan Haqları Müşahidə Mərkəzi” bildirmişdi ki, guya İsrail oktyabrın 21-də Suriyada hədəflərə zərbələr endirərkən həm də İran PUA-larının hazırlandığı sexi də vurub.

Bu xəbər müstəqil mənbələr tərəfindən təsdiq olunmayıb.

Moskva və Tehran İranın Rusiyaya dronlar verdiyini danırlar.

Lakin ekspertlər bildirirlər ki, Rusiyanın son həftələrdə Ukraynada istifadə etdiyi Geran-2 zərbə PUA-ları əslində İranın Şahed-136 dronlarıdır.

Rusiya bu dronlarla Ukraynanın mülki və enerji infrastrukturuna zərbələr endirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG